Birgül Oğuz | |
---|---|
Doğum tarixi | 1981[1][2] |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Birgül Oğuz (1981[1][2], İstanbul) — türk yazıçısıdır. O, İstanbulda anadan olub və İstanbul Bilgi Universitetində Müqayisəli Ədəbiyyat və Mədəniyyət Araşdırmaları fakültəsində təhsil alıb. Yazıçı, 2006-cı ildə Edinburq Universitetində də oxuyub. Hal-hazırda Boğaziçi Universitetində İngilis ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün çalışır, eyni zamanda İstanbulda Moda Sahnesi və Nazım Hikmət Akademiyasında ədəbiyyatdan dərs deyir. Bu günə qədər iki bədii əsər nəşr etdirmişdir: Fasulyenin Bildiyi (2007) və Hah (2012). Sonuncu dəfə 2014-cü ildə Avropa İttifaqının Ədəbiyyat üzrə Mükafatını qazanmışdır. 2015-ci ildə Ayova ştatının eyniadlı şəhərindəki Ayova Universitetində Beynəlxalq Yazı Proqramının Payız Rezidenturasında iştirak etmişdir.