Birləşmiş Millətlərin Təşkilatı Sənaye İnkişafı Təşkilatı UNIDO | |
---|---|
ing. United Nations İndustrial Development Organization | |
Növü | BMT-nin ixtisaslaşdırılmış agentliyi |
Yaranma tarixi | 17 noyabr 1966 |
Mərkəzi | |
Üzvləri | 173 |
unido.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Birləşmiş Millətlərin Təşkilatı Sənaye İnkişafı Təşkilatı (UNIDO) (ing. United Nations İndustrial Development Organization) — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi.
1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014
UNIDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. UNIDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il).
Rusiyada (Moskva) UNIDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. UNIDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir.
UNIDO-nun İcraedici Direktorları | |
1967–1974 | İbrahim Helmi Əbdül Rəhman ( Misir) |
1975–1985 | Əbdül Rəhman Xan ( Əlcəzair) |
UNIDO-nun İcraedici Baş Direktorları | |
1985–1992 | Dominqo Siazon ( Filippin) |
1993–1997 | Maurikiyo de Mariya y Kampos ( Meksika) |
1998–2005 | Karlos Alfredo Maqariños ( Argentina) |
2006 – İyun 2013 | Kandeh Yumkella ( Syerra-Leone) |
İyul 2013 – | Li Yong (李勇) ( ÇXR) |