Birmingem derbisi

Birmingem derbisi

Birmingem derbisi (ing. Birmingham Derby) Birmingem şəhərinin iki əsas klubu — "Aston Villa" və "Birmingem Siti" arasında futbol matçlarıdır. İkinci Şəhər Derbisi (ing. Second City derby)[1] kimi də tanınır ki, bu da uzun müddət əhalisinə görə İngiltərənin ikinci şəhəri olan Birmingemin ləqəbinə istinad edir.

Bir qayda olaraq, eyni şəhəri təmsil edən "Aston Villa" (ləqəbləri — "Aslanlar") və "Birmingem Siti" (ləqəbləri — "Mavilər") və azarkeşləri bir-birlərinə barışmaz rəqiblər kimi baxırdılar. Yalnız 1988–2002-ci illər arası, 14 il müxtəlif divizionlarda çıxış etdikləri və bir-birləri ilə qarşılaşmadıqları dövr istisna təşkil edir. Bu zaman Birmingem komandalarının əsas rəqibləri Qərbi Midlands bölgəsindəki qonşuları idi: "Aslanlar" üçün "Koventri Siti" ilə oyunlar prinsipial xarakter daşıyırdı, "Mavilər" üçun isə "Volverhampton Vanderers" və "Vest Bromviç Albion" ilə matçlar çox böyük əhəmiyyət kəsb edirdi.