şəhər və bələdiyyə | |
Bixaç | |
---|---|
serb-xorv. Bihać | |
44°48′53″ şm. e. 15°52′09″ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
Federasiya | [[Bosniya və Herseqovina Federasiyası]] |
Rayon | Una-Sana Kantonu |
Mer | Şuhret Fazlits |
Tarixi və coğrafiyası | |
Sahəsi | 900 km² |
Mərkəzin hündürlüyü | 230 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 56,261 nəfər (2013) |
Sıxlığı | 68 nəf./km² |
Milli tərkibi | Boşnaklar, serblər, xorvatlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +387 37 |
Poçt indeksi | 77 000 |
Digər | |
bihac.org {{ref- (serb-xor.)}} | |
Vikianbarda əlaqəli mediafayllar |
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir[1]. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir.
Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir.
Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir.
Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir. Bixaç bələdiyyəsinin böyük bir qismi bulaqlar, çaylar və yeraltı suları ilə zəngindir. İqlimi əksəriyyətlə mülayimdir. Bələdiyyə yay mövsümündə çox isti və quru olur.[2]
2013-cü ildəki rəsmi siyahıyaalmaya görə, Bixaç bələdiyyəsi 48 yaşayış məntəqəsinə paylanan 56,261 nəfərlik bir əhaliyə sahib idi.[3][4]
Bihaç bələdiyyəsinin əhalisi | ||||
il | 2013. | 1991. | 1981. | 1971. |
Boşnaklar | 49,550 (88.07%) | 46,737 (66,07%) | 40,041 (61,09%) | 37,325 (64,14%) |
Serblər | 910 (1.61%) | 12,689 (17,93%) | 11,093 (16,92%) | 12,096 (20,78%) |
Xorvatlar | 3,265 (5.8%) | 5,580 (7,88%) | 5,855 (8,93%) | 6,824 (11,72%) |
Yuqoslavlar | 0 (0%) | 4,356 (6,15%) | 7,364 (11,23%) | 1,133 (1,94%) |
Başqaları | 2,536 (4.5%) | 1,370 (1,93%) | 1,191 (1,81%) | 807 (1,38%) |
Ümumi | 56,261 | 70,732 | 65,544 | 58.185 |