Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər.
Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi.[1][2]
Şəhər samoslular tərəfindən salınmışdır.[3][4][5][6] Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi.[7] IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir.[8] Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü[9] və 1206-cı[10][11] illərdə məhv edilir.