Bizel | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Fransa mətbəxi | |
Tərkibi | |
Əsas |
Bizel yumurta ağı və şəkər tozundan hazırlanan köpüklü qurabiyə növüdür. Fransızca "baiser" sözündəndir və tərcüməsi öpmək deməkdir. İsveçrə və Fransada "Meringue" kimi də tanınır. 100 °C qızdırılmış olan sobada 1-2 saat ərzində adətən qurudularaq hazırlanır. Bu qarışığa limon suyu əlavə edildiyi zaman, bizel daha möhkəm bir vəziyyətə gəlir.
Bizel adətən meyvə, dondurma və tortlarla verilir. Rus balerina Anna Pavlovanın şərəfinə adlandırılmış olan qaymaqlı meyvəli deserti Avropada Pavlova deserti də adlandırırlar.
İtalyan şirniyyat ustası Qasparini 1600-cü illərdə onu İsveçə gətirdikdən sonra bizellər bu ölkədə çox məşhur olmuş və bu günə qədər də öz məşhurluğunu saxlamağı bacarmış olan desert olaraq qalmışdır. Acıbadam qurabiyəsi, bizel inqrediyentlərinin içinə acı badam əlavə edilərək hazırlanan desertdir. Onun mənşəyi ilə bağlı daha çox tədqiqata ehtiyac vardır.