Blank – [fr. blanc – ağ]:
1. Künc və ya mərkəz ştamplı, yaxud ştamp mətninin və ya sair mətnin hər hansı üsulu ilə çap olunmuş kağız vərəqəsi. Blankdan sənədin (lisenziya, pasport, vəsiqə, anket, ərizə və i.a. blankları) tərtib edilməsi üçün istifadə olunur. Blankların iki növü fərqləndirilir:
1.1. Özündə nömrəni ehtiva edən və müəyyən edilmiş üsullardan biri ilə qeydə alınan ciddi hesabat blankları;
1.2. Xüsusi istifadə rejiminə malik olan blanklar;
2. Müəyyən formada sənəd tərtib etmək üçün bir hissəsi çap edilmiş və doldurulmağa görə boş yerlər qoyulmuş vərəqə.