Bodonidae | ||||||
---|---|---|---|---|---|---|
![]() | ||||||
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: 'Bodonidae' |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Bodonidae (lat. Bodonidae) — İbtidailərin Euglenozoa tipinə daxil olan fəsilədir.
Bədən forması ovalvarı, yumurtaşəkilli, armudşəkilli olmaqla dəyişir. Ölçüləri – 1,4–15 mkm arasındadır. Çox vaxt 2 qamçısı olur. Nüvəsi birdir. Kinetoplast ön ucdadır. Çoxalması qeyri-cinsi və cinsi-avtoqamiya və ya qametlərin kopulyasiyası yolu ilə baş verir. Əksər fərdlərdə ağız dəliyi – sitostom var. Qidalanması animaldır. Torpaqların və su hövzələrinin biodinamik proseslərində fəal iştirak edir. Bodonidae fəsiləsinin parazit nümayəndələri təhlükəli heyvan və insan xəstəliklərinin törədiciləridir.[2]
Azərbaycanda aşağıdakı növləri: Bodo caudatus Stein, B. globosus Stein, B.lens Klebs, B. rostratus Klebs – Şirvan çölünün boz, Lənkəran təbii vilayətinin sarı torpaqlarında; B.celer Klebs, B.compressus Lemm., B.edax Klebs, B.uncinatus Klebs, B.mutabilis Klebs, B.saltans Ehrenberg, B.minimus Klebs, Bodo sp. – Lənkəran təbii vilayətinin sarı və Dağlıq Qarabağın şabalıdı torpaqlarında; Pleuromonas jaculans Petry – Lənkəran təbii vilayətinin sarı torpaqlarında; Amphimonas globosa Kent və A.fusiformis Mereschkovsky – Lənkəran təbii vilayətinin sarı torpaqlarında və Dağlıq Qarabağda tapılmışdır.[3]