Pravoslav ortodoks | |
Bolsini sionu | |
---|---|
gürc. ბოლნისის სიონი | |
Din | |
İlahi gücü | Gürcü ortodoks kilsəsi |
Yerləşməsi | |
Ölkə | Gürcüstan |
Bölgə | Kvemo-Kartli |
Kənd | Xaçın |
Memarlıq | |
İnşa tarixi | 478 – 493 |
Dövrü | Son antik dövr |
Vəziyyəti | Fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bolnisi sionu (gürc. ბოლნისის სიონი, translit. Bolnisis Sioni) və ya Bolnisi Sioni kafedralı — Gürcüstanın Kvemo-Kartli diyarının Bolnisi rayonunun Xaçın kəndində gürcü ortodoks bazilikası. Kafedralın inşaat prosesinə 478-ci ildə start verilmiş, 493-cü ildə tamamlanmışdır. Bu, Gürcüstandakı mövcud kilsələr arasında ən qədimidir.[1] Yepiskop David Bolsini sionunun inşaat prosesi zamanı kilsənin rəhbəri idi.[2]
Bolnisi sionu kafedralı gürcü dilindəki yazılarıyla tanınır. Bu yazılar gürcü əlifbasının istifadə edildiyi ən qədim tarixi sənədlərdən biridir. Kilsə Gürcüstanda xaricində tamamlanma tarixi yazılmış ilk tikilidir. Bolnisi sionunun dekorativ sxeması Sasani üslubunda hazırlanmışdır. Kilsənin cənub və mərkəzi hissələri burulmuş asma buruqlar, arabesklər və yarpaqlı motivləriylə bəzədilmişdir. Kilsənin cənub fasadında orijinal tikilinin son antik dövrün qalıqları üzərində bir tip divar bloklarından istifadə edilmişdir.[2]
Gürcüstan Bolsini sionunun inşaatı zamanı İran ilə qarşılıqlı əlaqə vəziyyətində idi.[3] Bunun sübutu tikilinin dekorasiyalarında görünür. İran, erməni və Orta Şərq incəsənət və memarlıq üslubu Bolnisi sionu və ətrafındakı gürcü kilsələrinin heykəlləri və bəzək əşyalarına çox təsir göstərmişdir.[4] Ovçuluq mövzusunda olan təsvirlər və heykəllər IV–V əsrlərin İran incəsənətinə və memalıq üslubuna bənzəyir.[2]
1936–1939-cu illərdə kilsədə möhkəmlətmə işləri aparılmışdır.