Bomont

Bomont
Beaumont
30°04′48″ şm. e. 94°07′36″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1835
Sahəsi
  • 220,303448 km²[1]
  • 222,306289 km² (1 aprel 2010)[2]
Mərkəzin hündürlüyü 5 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 115.282 nəf. (1 aprel 2020)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 409
Digər
beaumonttexas.gov
Xəritəni göstər/gizlə
Bomont xəritədə
Bomont
Bomont
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bomont — Texas ştatının cənub-şərqində (ABŞ) yerləşən şəhər Hyuston-dan 125 km şərqdə və Luiziana ilə 35 km qərb sərhədində, Neçes çayının qərb sahilində yerləşir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bomont Jefferson County mərkəzi rayonudur. ABŞ-nin siyahıyaalma bürosuna əsasən, 2010 — cu ilin siyahıyaalmasına görə Bomont əhalisi 118 296 nəfər təşkil edirdi. 1881-ci ildə şəhər statusunu almışdır. Texas şəhərləri arasında Bomont sakinlərin sayına görə 24-cü yerdədir.

İkinci Dünya müharibəsi zamanı Bomont böyük bir gəmiqayırma mərkəzinə çevrildi.

19-cu əsrin sonlarında çay portu, çəltiktəmizləmə və ağac emalı sənayesi mərkəzi idi. 20-ci əsrin əvvəllərindən neft hasilatı (1933-cü ilədək) və neftayırma, kükürd hasilatı (1950-ci ilədək) mərkəzidir. Lamar universiteti (1923), Tarix kitabxanası (1926); "Klifton stimbot" (hərbi-tarix, 1836), Texas yanğınsöndürənləri (1927) muzeyləri, Cənub-Şərqi Texas rəssamlıq muzeyi, Bomont rəssamlar ittifaqı (rəsm qalereyası), T.A.Edison muzeyi, C.Cey muzeyi (Texasın ilk sakinlərinin həyatını əks etdirən ekspozisiya), Enerji muzeyi (Spindltop neft yatağının tarixi), Qladis-Siti ("neft həyəcanı" dövrü şəhərciyinin ekspozisiyası) və s. muzeylər fəaliyyət göstərir. Cənubi Texas yarmarkası (1907-ci ildən hər il oktyabr ayının ortalarında; qaramal, kənd təsərrüfatı məhsulları ticarəti; sərhədyanı zonanın mətbəxinə aid yeməklərin ("teksmeks") və s. satışı; 2003-cü ildə gələnlərin sayı 440 mindən çox olmuşdur) keçirilir. Port-Artur və Orinc şəhərləri ilə birlikdə Qızıl üçbucaq — Meksika körfəzi sahilində mühüm sənaye rayonu əmələ gətirir. İşləyənlərin təqr. 10%-i (aqlomerasiyada 20%-indən çoxu) sənayedə çalışır. Neft-kimya və kimya sənayesinin iri müəssisələri fəaliyyət göstərir; boru və neft avadanlığı istehsal olunur. Ağac emalı, yeyinti sənayesi inkişaf etmişdir. Kənd təsərrüfatı rayonu (çəltikçilik, heyvandarlıq) mərkəzidir.

2005-ci və 2008-ci illərdə Rita və Ayk Bomont və ətraf rayonlarda baş vermiş qasırğaların təsiri nəticəsində şəhərə ciddi ziyan dəymişdir.