Bonampak

Bonampak şəhərindən ümumi görünüş

Bonampak (isp. Bonampak,qədim mayyalarda şəhər Ukul adlanırdı) — 1946-cı ildə arxeoloji qazıntılar nəticəsində aşkar olunan Mayya sivilizasiyasının mühüm şəhərlərindən biri. Bonampak özünün divar rəsmləri (freskaları ilə) məşhurlaşmışdı.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bonampak Meksikanın Çiapas ştatında, Lakanha çayının sahilində (Yaşçilandan 25 km cənubda) yerləşir. Şəhər qalıqları amerikalı fotoqraf Cayls Hilli (Giles Healey) tərəfindən, mayya-lakandonların köməyi ilə aşkar olunmuşdu. Mayya sivilizasiyasının klassik inkişaf dövründə (e.ə. 250-ci — b.e. 900-cü illəri arasında) Ukul (Bonampak) Şukalnax çarlığının sonuncu paytaxtlarından olmuşdu; onun bu çarlıqda ikinci dərəcəli əhəmiyyəti vardı, lakin yaxşı qorunub-saxlanılmış rəsm və freskaların köməyi ilə onun tarixi bərpa edilə bilər.

"Şukalnaxın tanrı çarları (kukul axav)"

[redaktə | mənbəni redaktə et]
  • Ax Yaş Punim (400 illər) (Şukalnax sülaləsinin yaradıcısı)

  • naməlum adlı hökmdar («7-ci stelanın hökmdarı») (554—600)
  • Yaxav Çan Muvan I, oğul (600—605)
  • Ax-Olnal, oğul (605—610, 611 — 614-cü ildən sonra)
  • Ax Çan Tok (610—611) (Şukalnax hakimiyyətini ələ keçirdi və Ax-Olnalı didərgin salır)
  • Vinakhab Tok (643 —648)
  • naməlum adlı hökmdar (658 (?) — 670)
  • Ax Nak'ey (683—692)
  • «Knot-Eye» B’alam, K’iniç Çak Çixanın oğlu (732—746)
  • Ax Sak Teleç, Yo’nal Balamın oğlu, (747/748 — 776)
  • Yaxav Çan Muvan II, Ax Sak Teleçin oğlu (776 — 791)

Freskalar məbədi

[redaktə | mənbəni redaktə et]
Bonampakın divar rəsmləri

Bonampak adı mayya dilində "rənglənmiş divar" mənasını verir. Bu gün bu şəhər öz görkəmli freskaları ilə məşhurdur. Rəsmlərdə hökmdar və onun sərkərdələri, döyüş səhnələri təsvir olunmuşdu. Freskalar ilə 3 otağın ümumi sahəsi 144 m² təşkil edir. Freskalar mayya xalqının sosial durumunu çox yaxşı əks etdirir. Öz məzmununa görə onları 5 qrupa bölmək olar:

  1. Rəqs bayramı üçün hazırlıqlar (1-ci otaq)
  2. Müharibə və düşmənlərin əsir götürülməsi (2-ci otaq)
  3. Əsir götürülənlərin məhkəməsi və onların qurban verilməsi (2-ci otaq)
  4. Rəqs ritualı (3-cü otaq)
  5. Yüksək təbəqədən olan qadınların qurban gətirilməsi (3-cü otaq)