Boris Delone | |
---|---|
Бори́с Никола́евич Делоне́ | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | Rus |
İxtisası | Alpinist |
Təhsili |
|
Fəaliyyəti | Ümumi cəbr, Hesablama həndəsə, riyazi kristalloqrafiya |
Elmi dərəcəsi | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Boris Delone (3 (15) mart 1890[2][3], Sankt-Peterburq[4] – 17 iyul 1980[2][1], Moskva) — Rusiyanın ilk alpinistlərindən biri, Sovet riyaziyyatçısı və Nikolay Borisoviç Delonenin atası.
Delone sözü kril qrafikasından birbaşa tərcümədir və o, bunu tez-tez nəşrlərdə istifadə edirdi. Delaunay ləqəbini isə o, erkən fransız və alman nəşrlərində istifadə edirdi.
Boris Delone öz soyadını 1812-ci ildə Napoleonun Rusiyaya hücumu zamanı əsir götürülən fransız hərbi qüvvələrinin zabiti olan əcdadı De Launaydan götürmüşdür. De Launay Bastiliya qubernatorunun qardaşı oğlu olub. O, Tuxaçevskidən olan nəcib bir ailədən qadınla ailə həyatı qurur və Rusiyada qalır.[5]
Boris gənc yaşlarında olanda ailəsi yay aylarını Alp dağlarında keçirirdi və beləcə, o, alpinistliyi öyrənmişdir.[6] 1913-cü ildə o, Rusiyanın ilk üç dağ alpinistlərindən biri olmuşdur. Rusiya inqilabından sonra, Qafqazda və Altayda dağları fəth edirdi. Beluxa yaxınlığında dağlardan biri (4300 m) onun şərəfinə adlandırılmışdır. 1930-cu ildə SSRİ ərazisində alpinistlik üzrə magistr dərəcəsi alalardan biri idi. Boris Delone daha sonralar Nobel mükafatı laureatı alan İqor Tam ilə birlikdə dağlarda turist düşərgələrinin əsasını qoyub.
Boris Delone müasir cəbr və ədədlərin həndəsi xüsusiyyətləri sahələrində də çalışmışdır. O, müasir riyazi kristalloqrafiya və kristaların ümumi riyazi modelinin inkişafında Evqraf Fyodorov, Herman Minkovskiy, Qeorqey Voronoy kimi müxtəlif riyaziyyatçıların əsərlərindən istifadə etmişdir.[7] Boris Delone 1934-cü ildə hazırda Delaunay Trianqulyasiya kimi adlandırılan məfhumu da kəşf etmişdir,[8] riyaziyyatda Delone kombinasiyası da onun şərəfinə adlandırılıb. Aleksandr Aleksandrov və İqor Şafareviç onun tanınmış tələblərindəndir.
Boris Delone 1929-cu ildə, SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir[9]. O, həmçinin 1934-cü ildə Leninqradda keçirilən Sovet İttifaqında ali məktəb tələbələri üçün ilk riyazi olimpiadanın da təşkilatçısı olmuşdur.[9][10]