Botriogen

Botriogen
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
MgFe³⁺(SO₄)₂(OH)·7H₂O
Strunz təsnifatı VI/D.04a[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Botriogen – MgFe3+ [OH|(SO4)2] •7H2O - monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Növ müxtəliflikləri

[redaktə | vikimətni redaktə et]

Sinkbotriogen.

Rəng – açıq-narıncıdan tünd narıncı-qırmızıyadək; Mineralın cizgisinin rəngi – oxra kimi sarı; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,14; Sərtlik – 2-2,5; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; {110} üzrə orta; Sınıqlar – qabıqvarı; Morfologiya – kristallar: prizmatik; Mineral aqreqatları: salxım- və böyrəkvari aqreqatlar, şualı quruluşlu sferolitlər, qabıqlar.

Botriogen, Bülüldüz filiz təzahürü, Laçın rayonu

Mənşəyi və yayılması

[redaktə | vikimətni redaktə et]

Arid vilayətlərdə sulfid yataqlarının oksidləşmə zonasında əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: kopiapit, gips, amarantit, xalkantit və b. Mineralın tapıldığı yerlər: Çukikamata, Ketenya, Alkaparosa (Çili); San-Xuan (Argentina); Kaliforniya ştatında Knoksvill yaxınlığında, Pensilvaniya ştatında Kornuoll (ABŞ); Falun (İsveç) və b. Azərbaycanda Bülüldüz sulfid təzahüründə (Laçın rayonu) rast gəlir.

  • "Azərbaycan mineralları" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]