Boubakar Kamara (23 noyabr 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[1]
Kamara öz peşəkar karyerasında debütünü Marsel klubu ilə 13 dekabr 2016-cı ildə etmişdir. O, oyuna start heyətdə başlamış və 82-ci dəqiqədə Hiroki Sakay ilə əvəz olunmuşdur. Həmin görüşdə Marsel Fransa Liqa KubokundaSojo ilə 1-1 hesabı ilə bərabərə qalsa da, penaltilərdə 4-3 hesabı məğlub olmuşdur.[2]