Boz peloziya

Boz peloziya
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Boz peloziya
Beynəlxalq elmi adı

Boz peloziya -(lat. Pelosia muscerda) Buğumayaqlılar tipinin Pulcuqqanadlılar dəstəsinin Ayıcalar fəsiləsinə aid olan növ

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 14–15 mm-dir. Ön qanadları açıq-boz rəngdə olub, üst tərəfində köndələn yerləşən qara nöqtələr, arxa tərəfində isə iki qara nöqtə vardır. Arxa qanadları boz-sarı bədəni boz rəngdədir. Tırtılı qonuru-qara, üzəri qonur tüklərlə örtülü olub, bel və yan xəttləri qaradır. I və XII seqmeti üzərində tünd qırmızı ləkələr vardır.

Nadir növdür. Kəpənəyi yay və payız aylarında uçur. Ədəbiyyat məlumatlarına görə kəpənəklərinə iyul və avqust aylarında da təsadüf edilir. İldə iki nəsil verir. Birinci nəslin tırtılları apreldə, ikinci nəslin tırtılları isə sentyabrda meşə və meyvə ağacları üzərindəki şibyələrlə qidalanırlar.

Azərbaycanda düzən və dağətəyində yayılmışdır. Kəpənəkləri Lənkəranın yuxarı Apo kəndində, Azfilalda, Xanbulaqçayda və Şamaxıda (Pirqulu) tapılmışdır.