Bozar[1] (fr. beaux-arts, hərf. "təsviri sənət") – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının (neoqotika, neobizans, rus stili) əksinə olan tarixi memarlıq üslubu. Bu, İtaliya intibahı və Fransa barokko ənənələrini davam etdirirdi. Klassik bozar üslubu klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir.[2]
Üsluba adını verən Paris İncəsənət Məktəbinin yetirmələri olmuşdurlar. Fransa inqilabı dövründə ilk Fransa memarlıq məktəbi olan Kral Memarlı Akademiyası (1671–1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır.
Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.