Bozcaada

Bozcaada
türk. Bozcaada
Ümumi məlumatlar
Sahəsi 37,6 km²
Hündür nöqtəsi 192 m
Əhalisi 2.354 nəfər (2010-cu il)
Yerləşməsi
39°49′ şm. e. 26°03′ ş. u.HGYO
Ölkə  Türkiyə
Akvatoriya
Bozcaada xəritədə
Bozcaada
Bozcaada
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bozcaada (türk. Bozcaada), həm də Теnedos (yun. Τένεδος) — Egey dənizinin şimalında, Dardanel boğazının çıxışında yerləşən, elə də böyük olmayan ada. Ada Çanaqqala ilinin Bozca ada rayonuna daxildir (Türkiyə).

Adındanda göründüyü kimi çağdaş türk dilində "boz ada" (türk. bozca — boz, torpaq rəngi, ada) mənasını verir.

Bozcaada

Adanın sahəsi 37,6 km² təşkil edir. Bu sahəsinə görə Türkiyənin GökçeadaMərmərə adasıından sonra üçüncü böyük adasıdır.

Bozcaada qalası

Ada Anadolu yarımadasından 5 km aralıda yerləşir. Qədim antik dövrdə adada ilk yunan koloniyaları salınmışdır. Antik dövrdə adanın coğrafi mövqeyi ilə əlaqədar olduqca zəngin tarixi yaranmışdır. B. e. ə 86-cı ildə ada yaxınlığında Roma imperiyası ilə Bosfor çarı VI Mitridad arasında döyüş olmuşdur. Bununla belə yunan əhalisi adanı 1204-cü ilə qədər nəzarətdə saxlamışdırlar. Bu zaman adanı Venesiya Respublikası işğal edərək, burada qala inşa etdirir. Bununla da onlar Qaradəniz boğazlarına nəzarəti əllərinə keçirmiş olurlar.

Bozcaadadan 10 km şimalda Dardanel boğazının çıxacağında böyük önəm daşıyan Dovşan adaları yerləşir bu adaların ələ keçirilməsi uğrunda Venesiya və Genuya, üstəlik Bizans mübarizə aparmışdır. Burada yerli yunanlar provaslav məzhəbinə etiqat etdiyindən gəlmə katoliklərə mübasibət heçdə yaxşı deyildi.

Öz aralarında adanın kimə mənsubluğunu müəyyənləşdirə bilməyən tərəflər roma papasına müraciət etmişdir. VI Urban adanın dərhal neytallaşmasını tələb edərək 4 minlik yunan əhalisini KritEvbeya adalarına köçürülməsini tələb edir. Sonradan 1470-ci ildə adanı Osmanlı imperiyası ələ keçirir. Bura yenidən yunan və türk əhalisi köçür.

Osmanlı imperiyasının zəyifləməsi ilə ada uğrunda mübarizə yenidən başlamışdır. 10 mart 1807-ci ildə adanı ruslaş işğal edərək buradan Dardaneli mühasirədə saxlayırdılar 1822 ilin oktyabrında Yunanıstanın azadlığı uğrunda başlanan müharibə əsnasında yunanlar ada yaxınlığında Osmanlı donanmasına hücum edərək türk vitse admiralının gəmisini batırırlar.

Birinci Balkan müharibəsi zamanı (1912–1913) ada yunan desantı tərəfindən ələ keçirilmişdir. 1918–1923 illərdə iri Gökcəada) silahsız bölgə elan edilir. Kamalçıların qələbəsi Lozanna müqaviləsinin imzalanması ilə bitir. Boğazlar və ətrarafında olan ərazilər, yunanlara yerli hakimiyyət orqanlarını yaratmaqla Türkiyəyə verilir. Burada yaşayan yunan əhalisi 1970-ci illərdə Yunanıstan, ABŞ və Avropa ölkələrinə köçmüşlər.

Adada 2354 nəfər[1] (2010) yaşayır. Onlardan cəmi 30 nəfəri yunan digərləri isə türkdür[2].

Əvvəllər ada özünün içkiləri ilə məşhur olmuşdur[3]. 2000-ci ildən adada Külək Elektrik turbinləri quraşdırılmışdır. Hazırda isə adanın əsas gəlir mənbəyi turizm və dayvinqdir.

  1. TÜRKİYE İSTATİSTİK KURUMU Arxivləşdirilib 2013-04-12 at the Wayback Machine(türk.)
  2. Les îles d’Imbros et de Tenedos Arxivləşdirilib 2006-01-17 at the Wayback Machine (fr.)
  3. Madd River Designs. "Tenedos - Bozcaada - Grape & Wine". Tenedos-ege.com. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-06. (ing.)