Bozor Sobir | |
---|---|
tac. Бозор Собир fars. بازار صابر | |
![]() Bozor Sobir (2008, Düşənbə) | |
Doğum tarixi | |
Doğum yeri | Sufiyen, Vahdat, Tacik SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Sietl, Vaşinqton, ABŞ |
Dəfn yeri | Luçnob qəbiristanlığı, Düşənbə, Tacikistan |
Vətəndaşlığı |
![]() ![]() ![]() |
Milliyyəti | tacik |
Təhsili | Tacikistan Milli Universiteti |
Fəaliyyəti | Şair, yazıçı, tərcüməçi, filoloq |
Fəaliyyət illəri | 1960–2018 |
Əsərlərinin dili | tacik dili |
Mükafatları |
Tacikistan Xalq Şairi Rudəki adına Dövlət Şairlik mükafatı III dərəcəli "Tacikistan Prezidenti Ulduzu" ordeni |
bozorsobir.com |
Bozor Sobir (tac. Бозор Собир, fars. بازار صابر; d. 20 noyabr 1938, Sufiyen, Vahdat, Tacik SSR, SSRİ – ö. 1 may 2018, Sietl, Vaşinqton, ABŞ) — Tacikistan-sovet şairi, filoloqu, siyasətçisi, Tacikistan Demokrat Partiyasının üzvü, Tacikistan SSR Ali Sovetinin deputatı, Tacikistan Xalq Şairi, Rudəki adına Dövlət Şairlik mükafatı laureatı (1988), III dərəcəli "Tacikistan Prezidenti Ulduzu" ordeni laureatı (2013).[1]
Bozor Sobir yazıçılıq fəaliyyətinə SSRİ dövründə başlamışdır. Onun yazdığı şeirlər, kitablar və məqalələr Postsovet məkanında, eləcə də fars, dari, özbək, rus, ukrayn dillərində nəşr olunmuşdur.[2][3] Onun şairlik üslubunda milliyətçilik, vətənpərvərlik elementləri və güclü siyasi düşüncələr var idi. Onun yazdığı şeirlər müxtəlif Tacikistan bəstəkarları tərəfindən istifadə edilmişdir. Müəllifi olduğu «Biz Siyavuşun nəslindənik» (tac. Аз хуни Сиёвушем) şeirinə musiqi əlavə ediləndən sonra Tacikistanın de-fakto himninə çevrilmişdir. Şeir Tacikistan xalqındakı vətənpərvərlik duyğusunu yenidən canlandırmışdır.[4]
Bozor Sobir qlasnostun yaradılmasından sonra ölkədə müstəqil bir milli identikliyin qurulması üçün başladılan siyasi və mədəni hərəkatlara qoşulmuşdur. O, Tacikistan Demokratik Partiyasının qurucularından biridir və partiyanın ilk sədr müavini olmuşdur. Tacikistan Demokratik Partiyası 1992-ci ildə Demokratik–İslam koalisiyası ilə ölkə hakimiyyətinə rəhbərlik etmişdir. Bu hökumət Rusiyanın hərbi dəstəyi ilə kommunist qüvvələr tərəfindən devrilmişdir.[5] Hökumət çevrilişindən sonra Sobir Tacikistan SSR Ali Sovetinin deputatı seçilmişdir.[6] Sobor daha sonra öz istəyi ilə könüllü şəkildə istefa vermişdir və bu günə kimi bunu edən yeganə Tacikistan siyasətçisi olmuşdur. Sobir bir qədər sonra üzv olduğu partiyanı tərk etmişdir.
Bozor Sobir sürgün edildikdən sonra populyarlığını itirməmişdir və Tacikistanda bu günə kimi məşhurdur. Onun və əsərləri haqqında fərqli-fərqli kitablar yazılmışdır.
Bozor Sobir 20 noyabr 1938-ci ildə SSRİ respublikalarından biri olan Tacikistan SSR-nin Orconikicobod rayonunun (daha sonra Vahdat rayonu) Sufiyen qəsəbəsində anadan olmuşdur. Sobir altı uşaqlı ailənin ən kiçik ortancıl övladı idi. Sobirin atası Böyük Vətən müharibəsi zamanı döyüşlərdə həlak olmuşdur. Buna görə də o, Tacikistanın paytaxtı Düşənbə şəhərindən 15 km uzaqlıqda yerləşən Hissar şəhərindəki bir internat məktəbində təhsil almağa göndərilmişdir.[7] O, burada görkəmli Türkiyə şairi Nazim Hikmətlə tanış olmuşdur.
Bozor Sobirin atası vergi yığıcı olaraq işləyirdi. Onun anası evdar qadın idi. Onun qohumları siyasətlə yaxından maraqlanırdı və çoxu tanınmışdır. Bozor Sobirin kiçik qardaşı Teymur Sobirov tanınmış bir riyaziyyatçı idi; onun adına bir məktəb var küçə var. Onun ən kiçik qardaşı deputatlıq üçün öz namizədliyi vermiş, ancaq uğursuz olmuşdur.[3]
1962-ci ildə Sobir Tacikistan Milli Universitetinin filologiya və tacik-fars ədəbiyyatı fakültələrindən məzun olmuşdur.[7]
Bozor Sobir ilk şeiri 1960-cı ildə, hələ universitet tələbəsi ikən yazmışdır. Ali təhsili bitirdikdən sonra Əfqanıstana getmiş və orada bir il tərcüməçi olaraq fəaliyyət göstərmişdir. Sobir daha sonra Sovet Tacikistanının «Maarif və Mədəniyyət» (tac. «Маориф ва маданият»), «Şərq Sədası» (tac. «Садои Шарқ») və «Ədalət» (tac. «Адолат») kimi məşhur qəzet və jurnallarında redaktor olaraq işləmişdir.
O, Britaniya siyasətçisi və şairi Lord Bayronun, Fransa şairləri Artur Rembonun və Giyom Apollinerin, Çili siyasətçisi və şairi Pablo Nerudanın, Rusiya şairi Sergey Yeseninin və Litva şairi Eduardas Mejelaytisin əsərlərini tərcümə etmişdir.[7] 1979-cu ildə Tacikistan Yazıçılar İttifaqında şeiriyyət və redaksiya konsultantı olaraq işləməyə başlamışdır.[8]
Bozor Sobir 2016-cı ilin dekabr ayında uşaqlarını və nəvələrini ziyarət etmək üçün ABŞ-yə getmişdir, ancaq növbəti xəstəxənada idiopatik ağ ciyər fibrozu xəstəliyinə tutulduğu aşkarlanmışdır.[9] O, 2018-ci ilin aprel ayında xəstəxanaya yatırılmışdır.[10] Bu hadisədən sonra Tacikistan Prezidenti televiziyada “Xarici İşlər Nazirliyinə, Tacikistanın ABŞ-dakı səfirliyinə və digər vəzifəli şəxslərə şairi ziyarət etmək və ona kömək etməyi” əmrini verdiyini bəyan etmişdir.[11] Şair bir ay sonra ikinci dəfə xəstəxanaya yatırılmışdır və 1 may 2018-ci ildə ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində vəfat etmişdir.[12]