Brüs Uillis

Brüs Uillis
ing. Walter Bruce Willis
Live Free və ya Die Hard filminin London premyerasında
Live Free və ya Die Hard filminin London premyerasında
Doğum adı Walter Bruce Willis
Doğum tarixi 19 mart 1955(1955-03-19)[1][2][…] (69 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı

Demi Mur (1987–2000)

Emma Heminq (2009–indiyə kimi)
Uşağı 5
Fəaliyyəti aktyor, prodüser, müğənni
Fəaliyyət illəri 1980–hal-hazırda
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "İncəsənət və ədəbiyyat" ordeninin zabit dərəcəsi
IMDb ID0000246
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Uillis 101-ci hava-desant diviziyası üçün çıxış edərkən. 25 sentyabr, 2003

Volter Brüs Uillis (19 mart 1955[1][2][…], İdar-Oberşteyn[d], Reynland-Pfalts, Qərbi Almaniya[3]) — Amerika aktyoru, dörd filmin prodüseri. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Habelə "Qızıl Moruq" aldı ("Armageddon", "Merkuri təhlükədədir" və "Mühasirə" filmlərinə görə). Karyerası 1980-ci illərdə başladı. "Möhkəm qoz" film trilogiyası ilə Hollivud aktyoru kimi meydana gəldi. 1987-ci ildə Demi Mur ilə evlənmişdir. Ondan üç uşağı var. "Hollivud Şöhrət Zalı"nda 2006-cı ildə etibarənn ulduzu vardır.

Amerika aktyoru, dörd filmin prodüseri Volter Brüs Uillis 1955-ci il 19 mart ayında Almaniyanın İdar-Oberşteyne şəhərində dünyaya gəlib. Hazırda iki Emmi mükafatı və bir Qızıl Qlobus mükafatı laureatıdır, fransız İncəsənət və Ədəbiyyat Ordeni qazandı. Onun atası Amerikalı anası isə almandır. Brüsün atası David qaynaqçı idi. 1957-ci ildə hərbi qulluqu bitirdikdən sonra ailə Nyu-Cersiyə geri dönür. Brüs 4 uşaqlı ailədə ən böyükləri idi. Və kiçik yaşlarda kəkələyirdi. Bu çətinliyə qalib gəlmək üçün o məktəb teatrına yazılır. Onun böyük auditoriya qarşısında səhnəyə çıxmaqdan çox xoşu gəlirdi. Beləliklə o dram məktəbinə yazılır və Şekspirin, Vilyamsın səhnəciklərini canlandırırdı. Daha sonra Uillis Monklerdə yerləşən dövlət kollecinə daxil olur. Onun ardınca isə Nyu Yorka üz tutur. O barlarda işləyir və folklor ansambllarında ifa edirdi. Səhnəyə düşə bilmək üçün var gücü ilə çalışırdı. Beləliklə, barmen işlədiyi dövrdə öz filminə qısa rolda səhnə almaq üçün barmen axtaran rejissorla tanış olur. Brüs uilisin obrazı rejissorun xoşuna gəlir və rolu ona təklif edir.

Şöhrətsə dərhal gəlmədi. 1985-ci ildən 1989-cu ilə kimi davam edən "Detektiv bürosu – ay işığı" teleserialına qədər Uillis bir neçə il az tanınmış şəhər teatrlarında və televiziya şoularında qısa rollar ifa edirdi. Bu serialla o komedia aktyoru kimi tanındı, amma 1988-ci ildə baş rola çəkildiyi "Möhkəm qoz" döyüş filmi ilə o artıq btün dünyada tanındı. Milyonlarla insanın kumiri oldu. Bundan sonra o yenədə böyük səs küy salan döyüş filmlərində baş rol oynadı. Onlar arasında 5-ci element və Merkuri təhlükədədir filmləri də var.

Brüs Uillisin karyerasında enişlər və yüksəlmələr olub. Məsələn, 90-cı illərın əvvəlində çəkildiyi filmlər uğursuz olmuşdur, lakin 1994-cü ildə Kventin Tarantinonu məşhur "Kriminal qiraət" filmində məhz baş rol qəhrəmanı olaraq ən tələb olunan aktyorlar sırasına yüksəlir, amma 90ların sonlarında yenə də eniş yaşayan Brüs 1999-cu ildə ekranlara çıxan "Altıncı hiss" filmi ilə yenidən adını özünə qaytarır. Bu film izləyicilərdən başqa kino tənqidçilərinin də ürəyincə olur. Uillis isə bu filmlə 100 milyon dollar qazanır. Son illər Brüs Uillis məşhur kinorejissor Robert Rodrigesin "Günahlar şəhəri" və "Qorxu planeti" filmlərində baş rol ifa edib. Brüs 1987-ci il noyabr ayından 2000-ci il oktyabr ayına kimi "Ruh" filmindən yaxşı tanıdığımız aktrisa Demi Mur ilə evli olub. Bu evlilikdən onların 3 qızı dünyaya gəlib. Hamı onları nümunəvi ailə kimi tanısa da onlar böyük sürpriz edərək 2000-ci ildə ayrılırlar, amma dostluq münasibətlərini itirmirlər.

Hollivud aktyoru Brüs Uillis Devid Lettermanın "Gecə şousu"nda ətdən düzəldilmiş parikdə peyda olub. O, hətta bu yeməli pariklə şou aparıcısını qonaq edib. Aktyor bununla bağlı bildirib ki, belə parikdə efirə çıxmağa onu Ledi Qaqa ruhlandırıb. Onun sözlərinə görə, başındakı parik 100% faiz mal ətindəndir. Uillis şou aparıcısı Lettermana bu ətdən dadmağı təklif edib. Elə bundan sonra da o, çəngəl və duz çıxararaq başındakı əti duzlayıb və çəngəli aparıcıya uzadıb. Aparıcı isə ətdən bir tikə ağzına qoyaraq onu bir az çeynəyib, sonra səhnə arxasına keçərək ağzından çıxarıb.

RBC xatırladır ki, müğənni Ledi Qaqa bu yaxınlarda ət parçalarından düzəldilmiş paltarda fotosessiya keçirmişdi. O, həmçinin, bu qiyafədə "MTV Video Music Awards" mükafatının təqdimatına da gəlmişdi, amma ətdən paltar heyvanların müdafiəsi təşkilatlarını bərk qəzəbləndirmişdi. Müğənni, hətta bu paltara görə ən zövqsüz məşhurlar siyahısına belə düşmüşdü.

Brüs Uillis 2 il öncə özündən 22 yaş kiçik model Emme Heminqlə evlənib. Karib dənizində yerləşən Terks və Kaykos adalarında nikah mərasimində Uillisin üç qızı, keçmiş həyat yoldaşı Demi Mur, Demi Murun gənc həyat yoldaşı Eşton Katçer və Madonna iştirak ediblər. Brüs Uillis "ABŞ silahlı qüvvələri"nin tərəfdarıdır, lakin öz sözlərinə görə respublikaçı deyil.

Film
İl Adı Rol Qeydlər
1980 The First Deadly Sin Man Entering Diner (uncredited)
1982 The Verdict Courtroom Observer (uncredited)
1985 A Guru Comes Extra (uncredited)
1987 Blind Date Walter Davis
1988 The Return of Bruno (film) Bruno Radolini
Sunset Tom Mix
Məğlubedilməz Con MakKleyn
1989 That's Adequate Himself
In Country Emmett Smith Nominated—Golden Globe Award for Best Supporting Actor – Motion Picture
Look Who's Talking Mikey Voice Only
1990 Die Hard 2 John McClane
Look Who's Talking Too Mikey Voice Only
The Bonfire of the Vanities (film) Peter Fallow
1991 Mortal Thoughts James Urbanski
Hudson Hawk Eddie 'Hudson Hawk' Hawkins Writer
Billy Bathgate Bo Weinberg
The Last Boy Scout Joseph Cornelius 'Joe' Hallenbeck
1992 The Player Himself
Death Becomes Her Dr. Ernest Menville Nominated—Saturn Award for Best Actor
1993 National Lampoon's Loaded Weapon 1 John McClane Uncredited
Striking Distance Tom 'Tommy' Hardy
1994 North Narrator
Color of Night Dr. Bill Capa
Kriminal qiraət Butç Kullic Nominated—Chlotrudis Award for Best Supporting Actor
Nobody's Fool Carl Roebuck Nominated—Chlotrudis Award for Best Supporting Actor
1995 Die Hard with a Vengeance John McClane
Four Rooms Leo Uncredited
Twelve Monkeys James Cole Nominated—Saturn Award for Best Actor
1996 Last Man Standing John Smith
Beavis and Butt-Head Do America Muddy Grimes Voice Only
1997 Beşinci element Korben Dallas
Çaqqal The Jackal
1998 Mercury Rising Art Jeffries
Armageddon Harry S. Stamper Nominated—Saturn Award for Best Actor
The Siege Major General William Devereaux
1999 Franky Goes to Hollywood Himself Short subject
Breakfast of Champions
Altıncı Hiss (film, 1999) Dr. Malcolm Crowe Nominated—Saturn Award for Best Actor
The Story of Us Ben Jordan
2000 The Whole Nine Yards (film) Jimmy "The Tulip" Tudeski
Disney's The Kid Russell 'Russ' Duritz
Unbreakable David Dunn
2001 Bandits Joe Blake
2002 Hartın müharibəsi Col. William A. McNamara
Grand Champion Mr. Blandford
2003 Tears of the Sun Lieutenant A. K. Waters
Rugrats Go Wild Spike Voice Only
Charlie's Angels: Full Throttle William Rose Bailey Uncredited
2004 The Whole Ten Yards Jimmy "The Tulip" Tudeski
Ocean's Twelve Himself
2005 Hostage Jeff Talley Also Producer
Günahlar şəhəri John Hartigan
2006 Alpha Dog Sonny Truelove
16 Blocks Jack Mosley Also Producer
Fast Food Nation Harry Rydell
Lucky Number Slevin Mr. Goodkat
Over The Hedge RJ Voice Only
2007 The Astronaut Farmer Colonel Doug Masterson Uncredited
Perfect Stranger Harrison Hill
Grindhouse Lt. Muldoon
Nancy Drew Himself Uncredited
Məğlubedilməz 4.0 Con MakKleyn Also Producer. Named 'Die Hard 4.0' outside North America
2008 What Just Happened Himself
Assassination of a High School President Principal Kirkpatrick
2009 Surroqatlar Agent Tom Greer
2010 Cop Out Jimmy Monroe
Qabağıalınmazlar Mr. Church Uncredited
Red Frank Moses Awaiting Release
The Last Full Measure (2010, film)
2012 Qabağıalınmazlar 2
2012 Yüksələn ay krallığı Captain Sharp
Television
Year Title Role Notes
1984 Miami Vice Tony Amato Episode: "No Exit"
1985 The Twilight Zone Peter Jay Novins Episode: "Shatterday"
1985–
1989
Moonlighting David Addison Jr. 67 episodes
1996–
1997
Bruno the Kid Bruno the Kid Voice
1997 Mad About You Amnesia patient Episode: "The Birth Part 2"
1999 Ally McBeal Dr. Nickle Episode: "Love Unlimited"
2000 Friends Paul Stevens Three episodes
2002 True West Lee Television movie
2005 That '70s Show Vic Episode: "Misfire"
Producer
Year Title Notes
1988 Sunset Co-executive producer
2002 The Crocodile Hunter: Collision Course Producer
2007 Hip Hop Project Executive producer

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]