BrahMos | |
---|---|
Tipi |
Qanadlı raket Gəmi əleyhinə raket |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2006 – davam edir |
İstismar edənlər | Hindistan |
İstehsal tarixçəsi | |
Konstruktor | BrahMos Aerospace Limited |
Variantları | BrahMos-II |
Xüsusiyyətləri | |
Ağırlığı |
3000 kq 2500 kq (havadan atılan variant) |
Məsafə |
Quru/dəniz platformasından atıldıqda - 450 km Hava platformasından atıldıqda - 400 km |
Uzunluğu | 8.4 m |
Vikianbarda əlaqəli mediafayllar |
BrahMos və ya digər adı ilə PJ-10 gəmi, sualtı gəmi, təyyarə və ya qurudan atıla bilən orta mənzilli supersonik qanadlı raketdir.[1] Hal-hazırda dünyanın ən sürətli qanadlı raketi hesab edilir.[2] Rusiya Federasiyasının "NPO Maşinostroyeniya" və Hindistanın "DRDO" şirkətlərinin birgə müəssisəsi olan "BrahMos Aerospace" tərəfindən seriyalı istehsalı təşkil olunur. Bu raket Rusiyanın P-800 "Oniks" qanadlı raketi əsasında konstruksiya olunmuşdur və Rusiya tərəfinin texnoloji dəstəyi ilə istehsal edilir. BrahMos adı raketi istehsal edən ölkələrin ərazisindən axan çayların adından götürülmüşdür. Belə ki, adın birinci hissəsi Hindistan ərazisindən keçən Brahmaputra, ikinci hissəsi isə Rusiya ərazisindən axan Moskva çayından götürülmüşdür.
Hazırda dünyanın ən sürətli qanadlı raketi hesab olunan BrahMosun sürəti 2.8-3 max hesab olunsa da, təkmilləşdirilmiş variantlarda sürət 5 maxa qədər çatır.[3][4][5] Qurudan və gəmidən atılan variantları silahlanmaya qəbul olunsa da, hava və sualtı platformalardan atılacağı nəzərdə tutulan yeni varinatlar sınaq mərhələsini tamamlamaq üzrədir.[6] Hava platformalarından tətbiq olunacaq variant ilk dəfə 2012-ci ildə nümayiş etdirilib. Raketin hipersonik variantı olan BrahMos-II üzərində tamamlama işləri davam edir. Həmin variantın maksimal sürətinin 7-8 maxa çatacağı və 2020-ci ildə sınaq mərhələsinə keçəcəyi gözlənilir.[7] İstehsalçı şirkət raketin sifarişlərindən ümumilikdə 13 milyard ABŞ dolları həcmində gəlir əldə etmək fikrindədir.[8][9]
Hindistanın 2016-cı ildə Raket Texnologiyasına Nəzarət Rejiminə üzv seçilməsindən sonra Hindistan və Rusiya yeni nəsil BrahMos raketlərinin birgə istehsalını planlaşdırır ki, həmin raketlərin də atəş məsafəsinin 600 km üzərində olacağı və mühafizə olunan obyektlərə yüksək dəqiqliklə zərbə endirmək gücündə olacağı gözlənilir.[10][11]