Brahmaputra çayı | |
---|---|
Sanskritcə ब्रह्मपुत्र) Assamca ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô | |
Ölkə | |
Mənsəbi | Benqal körfəzi |
Uzunluğu |
|
Su sərfi | 19.500 m³/s |
Hövzəsinin sahəsi | 651.334 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Brahmaputra çayı (sanskr. ब्रह्मपुत्र), assam. ব্ৰহ্মপুত্ৰ নদ Brôhmôputrô) — Hindistan yarımadasından axan ən böyük çay. Tibet, Hindistan və Banqladeşdən axan transsərhəd çaydır. Brahmaputra dünyada su həcminə görə 9-cu, uzunluğuna görə isə 15-ci çaydır.
Brahmaputra Tibetin Buranq əyalətində, Himalayın şimal yamacında yerləşən Kaylas dağı yaxınlığındakı Mapam-Yumtsu gölündən başlayır,[2] Himalayı keçərək böyük dərələrlə cənubi Tibet boyunca axır və Hindistanın Arunaçal-Pradeş ştatına daxil olur.[3] Bundan sonra çay, geniş Qanq deltasında Banqaladeşdə Padma adı ilə məşhur olan Qanqla birləşir. Brahmaputra və Padma birləşərək Meqhna çayını əmələ gətirir və Benqal körfəzinə tökülür.[4]
Təxminən 4,696 km (2,918 mil)[2] uzunluğunda olan Brahmaputra bölgədə suvarma və nəqliyyat üçün vacib bir çaydır. Çayın orta dərinliyi 30 metr (98 ft), maksimum dərinliyi isə 135 metr (443 ft)-dir (Sadiyada).[5] Yazda Himalaydakı qarın əriməsi nəticəsində çayda fəlakətli daşqınlar baş verir. Suyun orta axın sürəti 19.800 m³/san[3] olan çayda daşqınlar zamanı bu rəqəm təxminən 100.000 m³/san-ə yüksəlir.[6] Çay eyni zamanda dünyada bor hadisəsinin baş verdiyi nadir çaylardan biridir.
Ərazidə 8.000 m-dən yuxarı olan yeganə zirvə Kançencaqra (8.586 m) olduğundan bura Brahmaputra hövzəsindəki ən yüksək nöqtədir. Çayın yuxarı axını uzun müddət məlum olmamış və yalnız 1884–1886-cı illərdə Yarlunq Tsanqponun başçılıq etdiyi ekspedisiya tərəfindən müəyyən edilmişdir. Buna görə də çayın bu hissəsi tez-tez Tsanqpo-Brahmaputra olaraq adlandırılır.
Çayın aşağı axını isə hindular üçün müqəddəsdir. Hindistan yarımadasındakı bir çox çayın adı qadın adı olduğu halda, yeganə olaraq bu çay kişiyə istinadən belə adlandırılmışdır. Brahmaputra Sanskrit dilində "Brahmanın oğlu" deməkdir.[7]