Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər.[1] Brend həmçinin aşağıdakılar deməkdir:
"brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər.[2]
Şəxsi brendinq bir şəxsin tanıtımıdır. Burada əsas olan həmin şəxsin təklif etdiyi xidmətin potensial istehlakçılara tanıdılması və izahıdır. Cəmiyyətin inkişafı və keyfiyyətli xidmətlərdən yararlanması üçün şəxsi brendinq effektiv vasitədir.[3]
Müəssisələrin brendinqi hər hansı şirkətə və ya müəssisəyə məxsus olan və qurumun onun haqlarına sahib olduğu brenddir. Müəsisələrin brendinqinin əsas xüsusiyyəti odur ki, bunun vasitəsilə hər hansı bir qurum bazardakı digər müəssisələrdən fərqlənir və unikallığını tanıdır.[4]
İqtisadiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |