Britaniya Şimali Amerikası Problemləri Hesabatı

Britaniya Şimali Amerikası Problemləri Hesabatı[1] (ing. “Report on the Affairs of British North America”) və ya Durham hesabatı (ing. “Durham Report”) — 1839-cu il tarixli, Kvebek, Ontario, KanadaBritaniya imperiyası tarixində rol oynamış sənəddir.

1837-1838-ci illərdə Aşağı KanadadaYuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı Con Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi.[2]

Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir.[3] Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət.[4]

Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi. Yuxarı Kanadadakı problemlərinin isə Mühafizəkar elit mühitin inhisarçı qüvvəsindən qaynaqlandığını müəyyənləşdirdi.[5]

Məruzənin tövsiyələri mübahisələrə səbəb oldu. İnsanlar qarşısında cavabdehlik daşıyan hökumət anlayışı Britaniya İmperiyası hakimiyyəti üçün həmin dövrdə çox idi; Koloniyalarda sərt nəzarətin tətbiq edilməməsinin Böyük Britaniyaya qarşı sədaqətsizlik ilə nəticələnəcəyi güman edilirdi. Bu muxtariyyət növü 1847-ci ilə qədər tətbiq edilmədi; lakin Kanada demokratiyasının əsası bu hesabatla qoyuldu. Yuxarı və Aşağı Kanadanın birləşməsi tövsiyəsi haqqında qərar qəbul edildi; Kanada əyaləti 1840-cı il Birlik Qanununa əsasən quruldu.[5]

  1. İnönü ansiklopedisi, 20. cilt. Maarif Matbaası. 1956. səh. 179. 21 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  2. Kanada // Böyük Larousse. 12. Milliyet Gazetesi Yayınları. səh. 6280-1.
  3. "Durham, 1839: "Report on the Affairs of British North America", bound with several appendices that do not appear on this particular link". 21 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
  4. "The Durham Report and Its Solutions" (ingilis). Ottava Universiteti. 24 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.
  5. 1 2 "Durham Report" (ingilis). The Canadian Encyclopedia. 21 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2017.

Əlavə ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]
  • Ajzenstat, Janet. Political Thought of Lord Durham (McGill-Queen's Press-MQUP, 1988).
  • Bradshaw, Frederick (1903). Self-Government in Canada, and How it was Achieved: The Story of Lord Durham's Report, London: P.S.King, 414 p. (online)
  • Brown, George W. "The Durham Report and the Upper Canadian Scene." Canadian Historical Review 20#2 (1939): 136–160.
  • Cameron, David R. "Lord Durham Then and Now." Journal of Canadian Studies 25.1 (1990): 5–23+ online
  • Henderson, Jarett. "Banishment to Bermuda: Gender, Race, Empire, Independence and the Struggle to Abolish Irresponsible Government in Lower Canada." Histoire sociale/Social history 46#92 (2013): 321–348. online
  • Jones, Benjamin T. Republicanism and responsible government: the shaping of democracy in Australia and Canada (McGill-Queen's Press-MQUP, 2014).
  • Martin, Ged. The Durham Report and British policy: A Critical Essay, (Cambridge UP, 1972) 120 p. (ISBN 0521085306) (preview)
  • Martin, Ged. "The influence of the Durham Report." in Reappraisals in British Imperial History (1993): 75–88.
  • Mills, David. Durham Report, in The Canadian Encyclopedia. Historical Foundation, 2008
  • Morissette, Benoît. "'The Foundations of Freedom and Civilization': The Durham Report, Municipal Institutions and Liberalism." World Political Science 15.1 (2019): 99–124. DOI: https://doi.org/10.1515/wps-2019-0003 online
  • New, Chester. "Lord Durham and the British Background of His Report." Canadian Historical Review 20.2 (1939): 119–135. online
  • Newbould, I. D. C. "Lord Durham, the Whigs and Canada, 1838: The Background to Durham's Return" Albion: A Quarterly Journal Concerned with British Studies 8#4 (1976), pp. 351–374 DOI: 10.2307/4048187 online
  • Smith, William. "The Reception of the Durham Report in Canada." Report of the Annual Meeting. 7#1 The Canadian Historical Association/La Société historique du Canada, 1928. online

Birinci dərəcəli mənbələr

[redaktə | vikimətni redaktə et]
  • Charles Prestwood Lucas|Lucas, Charles Prestwood (1912). Lord Durham's report on the affairs of British North America, Oxford: Clarendon Press (Volume 1, Volume 2, Volume 3)
  • Lambton, John George, Charles Buller, Edward Gibbon Wakefield. The Report and Despatches of the Earl of Durham, Her Majesty's High Commissioner and Governor-General of British North America, London: Ridgways, Piccadilly, 1839, 423 p. (online)
  • Papineau, Louis-Joseph. "Histoire de la résistance du Canada au gouvernement anglais", in La Revue du Progrès, Paris. May 1839 (online in French, online in English)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]