Bruneyin dövlət quruluşu

Bruney
Negara Brunei Darussalam
Bayraq Gerb
Bayraq Gerb
Tarixi
 • Elan olunub 1 yanvar 1984
Paytaxt Bandar Səri Bəgavan
İdarəetmə forması miraslı tamamilə teokratik monarxiya
Sultan Hassanal Bolkiah [4.X.1967~ ]
Sahəsi Dünyada 162-ci
 • Ümumi 5765 km²
 • Su sahəsi (%) 8,6
Əhalisi
 • Əhali 425 min nəfər (175-ci)
 • Siyahıyaalma (1.IV.2011) 393 372 nəf.
 • Sıxlıq 73 nəf./km²

Bruneyin dövlət quruluşu (rəsmi adı — Bruney Darussalam Dövləti) — 1959-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.

Dövlət quruluşu

[redaktə | mənbəni redaktə et]

Bruney Sultanlığı mütləqiyyət formalı idarəetmə üsuluna malik teokratik irsi monarxiyadır. Hökumətdə vəzifə tutan məmurların əksəriyyəti hakim sülalənin üzvlərindən ibarətdir. Milli bayram günü olan müstəqillik günü (1984) 1 yanvarda qeyd olunur. Ölkə Konstitusiyası 1959-cu ildən (1984-cü ildə edilmiş əsaslı dəyişikliklərlə birlikdə) qüvvədədir.

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Bruney 4 dairəyə (Belayt, Bruney-Muara, Temburonq və Tutonq) bölünür. Dairələr isə daha kiçik inzibati ərazilərə, mükim adlanan rayonlara bölünür.

Bruneyın rayonları:
1. Belayt
2. Burnei Muara
3. Temburonq
4. Tutonq

.

Dövlət başçısı

[redaktə | mənbəni redaktə et]

Mövcud Konstitusiyaya görə, Bruney Sultanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər, habelə silahlı qüvvələrin ali baş komandanı və müdafiə naziridir. İcraedici Hakimiyyətin mütləq səlahiyyətlərini öz əlində cəşləşdirən Sultan, özünün tövsiyə və təyin etdiyi, müxtəlif məhdud hüquqlu funksiyaların daşıyıcısı olan 5 Şuraya (Ortaq Şura, Varislik Şurası, Dini Şura, Nazirlər Şurası və Qanunvericilik Şurası) sədrliyi həyata keçirir.

Qanunverici hakimiyyət

[redaktə | mənbəni redaktə et]

36 üzvdən ibarət birpalatalı Qanunvericilik Şurası tərəfindən həyata keçirilir. Mövcud Konstitusiyaya müvafiq olaraq, Sultanın rəhbərliyi ilə ənənəvi qanunvericilik vəzifələrini icra edən ölkə Parlamenti, yalnız məşvərətçi funksiyaya malikdir[1]

Monarxın qanunvericilik funksiyası, ilk növbədə Parlamentin çağırılması və buraxılması, habelə Qanunvericilik Şurasının qəbul etdiyi qanunvericilik aktlarına Sultan sanksiyalarının tətbiqi ilə müəyyən edilir.

Siyasi partiyalar ölkədə formal olaraq fəaliyyət göstərir və Parlamentdə təmsil olunmurlar.

Məhkəmə hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

Məhkəmə iyerarxiyasının ən yüksək instansiyası sayılan və iki məhkəmə struktur elementini: Yüksək Məhkəmə və Apelyasiya Məhkəməsini özündə birləşdirən Bruney Sultanlığının Ali Məhkəməsi ölkədə məhkəmə hakimiyyətinin həyata keçirilməsində səlahiyyətlidir.

Qeyd olunan məhkəmə instansiyaları ilə yanaşı, Bruneydə Şəriət məhkəmələri də fəaliyyət göstərir. Bu məhkəmələr (Ali Məhkəmə və Şəriət məhkəmələri) arasında İslam qanunlarının təfsiri üzrə sıx əməkdaşlıq mövcuddur.

  • Погадаев, В. А. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. С М.: Восточная книга, 2012 ISBN 978-5-7873-0658-3
  • Погадаев, В. А. Бруней. Краткий справочник. Русско-малайский (брунейский) разговорник. М.: Ключ-С, 2015, 192 с. ISBN 978-5-906751-18-8
  • Дёмин Л. М. Бруней. — М.: Мысль, 1973. — 56 с. — (У карты мира).
  • Saunders, Graham E. (2002). A history of Brunei. Routledge. ISBN 978-0-7007-1698-2.
  1. "Конституция Брунея" (PDF). 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-27.