Bruno Cakometti

Bruno Cakometti
Bruno Giacometti
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsveçrə
Vəfat tarixi (104 yaşında)
Vəfat yeri İsveçrə
Vətəndaşlığı
Təhsili
Atası Covanni Cakometti[d]
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Venesiya
Əsas tikililəri İsveçrə pavilyonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bruno Cakometti (it. Bruno Giacometti; 24 avqust 190721 mart 2012) — İsveçrəli memarmesenat.

Bruno Cakometti 1907-ci il avqustun 24-də İsveçrədə rəssam ailəsində doğulub. Bruno memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib. Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib. Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb[1].

Bruno Cakometti XX əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı[1].

1965-ci ildən o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdir. 2006-cı ildə Bruno Cakometti həmin fonda müasir sənətin ən bahalı heykəltaraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdır[1].

Bruno Cakometti 105 yaşında 2010-cu il martın 21-də İsveçrənin Zollikon bölgəsində dünyasını dəyişmişdir[1].

Atası Covanni Cakometti rəssam, qardaşları Alberto və Dieqo Cakomettilər isə tanınmış memar və heykəltaraş olublar. O, Alberto və Dieqodan kiçik idi[1].

Bruno Cakomettinin həyat yoldaşı Odette Duperret ilə İsveçrənin Zollikon bölgəsində yaşamışdır. Onlar 1935-ci ildə evlənib və xanım Odetin ölümünə - 2007-ci ilədək bir yerdə yaşayıblar[1].

Kur Təbiət Muzeyi
  1. 1 2 3 4 5 6 Sevda İsmayıllı. "Dünya şöhrətli memar 105 yaşında dünyadan köçdü". Azadlıq Radiosu (az.). azadliq.org. 23.03.2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.