Bruno Manser | |
---|---|
Doğum tarixi | 25 avqust 1954[1][2][…] |
Doğum yeri | |
Yoxa çıxıb | |
Vəfat tarixi | 10 mart 2005[1] (50 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | antropoloq, jurnalist, ətraf mühit fəalı |
Vikianbarda əlaqəli mediafayllar |
Bruno Manser (25 avqust 1954[1][2][…], Bazel – 10 mart 2005[1], Borneo) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur.
Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub.[3] Manser gənclik illərində müstəqil düşüncəli insan olub.
Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır. O, kərpic kəsir, dəri emal edir, arı saxlayır, hörür, rəngləyir və öz paltar və ayaqqabısını hazırlayırdı. Bruno Manser həmçinin alpnizim və dırmanma texnikası ilə məşğul olurdu. Sadə həyat sürmək üçün o, 30 yaşında Borneoya gedir[4].
Manser 1983-cü ildə Malaziyanın Terengganu ştatına gedir və yerli ailədə yaşayır. 1984-cü ildə tropik meşələri araşdırarkən Manser ibtidai həyat keçirən Penan qəbiləsi barədə eşidir. Bu qəbiləni araşdırdıqdan sonra qərara gəlir ki, bir neçə il onlarla yaşasın və Sarawak ştatına gəlir.
O, Malaziyada İngilis mağara ekspedisiyasına qoşularaq Gunung Mulu Milli parkını tədqiq edir. Manser ekspedisiyadan sonra "insanlığın əsl mahiyyətini" və "hələ də təbiətlə ahənglə yaşayan insanları" tapmaq üçün Saravak cəngəlliklərinin dərinliklərinə irəlləyir[5]. Tezliklə o, azır, ərzağı bitir və zəhərli göbələk yediyi üçün xəstələnir. Lakin, bütün bu çətinliklərə baxmayaraq Manser Penanları taparaq onlarla yaşamağa başlayır.
Tropik meşələrin qorunması üçün apardığı fəaliyyətə görə Malaziya hökuməti onu bir neçə dəfə həbs etmək istəyir və onu persona non grata elan edir. 1998-ci ildə Saravakın baş nazirinə müraciət edir ki, Penan qəbiləsi ərazisində biosferin formalaşdırılması üçün onunla əməkdaşlıq etsin. Lakin onun müraciəti rədd olunur.
15 fevral 2000-ci ildə manser Penan qəbiləsini ziyarət etmək üçün Kalmantan adasına gedir. Son dəfə onu 25 may 2000-ci ildə görürlər və ondan sonra heç bir məlumat alınmır. 2005-ci ildə o, rəsmi olaraq ölü elan olunur.