Buasye armudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Buasye armudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Buasye armudu (lat. Pyrus boissieriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür.
Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir. Toxum vasitəsilə çoxalır. Lənkəran dağlarında (arabir), aşağı meşə qurşağında və başlıca olaraq talalarda rast gəlinir.
İranın şimalında, Azərbaycanın cənub-şərqində — Astara və Lənkəran rayonları ərazilərində (Lənkəran ovalığı (Astara rayonu — Ələzəpin, Maşxan kəndləri; Lənkəran rayonu — Yuxarı Apu və Xanbulan kəndləri) və Lənkəran dağlıq hissəsi) və Türkmənistanın dağ rayonlarında yayılmışdır.
Buasye armudu quraqlığa davamlı ağacdır. Daşlı-qayalı quru yamaclarda rast gəlinir.
Qafqazda və Türkmənistanda armudun məhsuldar sortlarından üçün peyvənd kimi istifadə edilir. Bu növün adi armudla hibridləri vardır.
İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.
Gəmiricilər və quşlar tərəfindən meyvələri yetişmədən əvvəl yeyilir. Mal-qara tərəfindən otarılması təbii bərpanı çətinləşdirir.
Hirkan Milli Parkında mühafizə olunur.