Bud siniri

Bud siniri
Bel kələfi
Bel kələfi
Latınca nervus femoralis
Qrey subyekt 212 955
İnnervasiyası Qalça əzələsi[1]
Başlanır Bel kələfi (L2)
Tamamlanır Bel kələfi (L4)
Şaxələnir gizli sinir
MeSH Femoral+nerve
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2L4) liflərindən təşkil olunmuşdur.

¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r. cutanens cruris medialis, ayrılır. Daha sonra içəri topuğun içəri səthindən ayağa keçir və baş barmağın içəri kənarına kimi davam edir. Bu sinir ayaqda ayağın içəri kənarının dərisini ( baş barmağadək ) innervasiya edir ,

Anatomiya və Yeri

[redaktə | vikimətni redaktə et]
  • Mənşəyi: L2, L3 və L4 onurğa sinirlərindən yaranır.
  • Yeri: Qarın boşluğundan çıxaraq qasıq bağının (ligamentum inguinale) altından budun ön hissəsinə keçir.
  • Uzandığı sahə: Budun ön hissəsindən dizə və baldırın müəyyən hissələrinə qədər yayılır.
  1. Hərəkət funksiyası:
    • Bud əzələlərinin (xüsusilə quadriceps femoris) hərəkətini təmin edir.
    • Dizi açmağa və budu bükməyə kömək edir.
  2. Həssaslıq funksiyası:
    • Budun ön hissəsinin dərisində hissiyatı təmin edir.
    • Diz və baldırın daxili hissəsinin də hissiyyatını idarə edir.

Zədələnməsi və Əlamətləri

[redaktə | vikimətni redaktə et]
  • Səbəblər:
    • Travmalar, cərrahi müdaxilələr və ya sinirin sıxılması.
  • Simptomlar:
    • Budun ön hissəsində uyuşma və ya keylik.
    • Dizdə gücsüzlük və hərəkət məhdudluğu.
    • Ayaqda reflekslərin azalması (xüsusilə diz refleksi).

Müalicə Yolları:

[redaktə | vikimətni redaktə et]
  • Fizioterapiya: Sinirin funksiyasını bərpa etməyə yönəlib.
  • Dərmanlar: İltihab və ağrını azaltmaq üçün verilir.
  • Cərrahi müdaxilə: Lazım olduqda sinirin dekompressiyası aparılır.
  1. Palastanga N., Soames R. Anatomy and Human Movement Structure and Function 6th edition. 6 2012. ISBN 978-0-7020-3553-1