Buheyra | |
---|---|
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | VII əsr |
Fəaliyyəti | rahib |
Buheyra (ərəb. بحيرى, klass. süry. ܒܚܝܪܐ) — İslam mənbələrində görünən suriyalı nestorian rahib.[1]
Dəməşqə və ya geriyə gedən Məkkə karvanları tez-tez Buheyranın evində dayanırdılar. Peyğəmbərin uşaqlığını təsvir edən İbn Hişam, İbn-Səd-əl-Bağdadi və İbn-Cərir-ət-Təbərinin dediyi kimi, İslamdan əvvəlki dövrdə rahib Buheyra Büsrada əmisi Əbu Talibin ticarət karvanı ilə birlikdə Cənubi Suriyaya ilk səfərini edən Məhəmməd peyğəmbəri görüşmüşdür.
Buheyra gənc Məhəmməddə bir peyğəmbər görür. Məhəmmədin kürəyindəki peyğəmbərlik möhürünə, başının üstündəki ağ buluda və digər əlamətlərə baxaraq onun “son peyğəmbər” olduğunu təxmin edir və Əbu Talibə onun Şamda yəhudilər tərəfindən öldürülə biləcəyini söyləyir. Başqa bir versiyaya görə, Buheyra Məhəmmədi nestorianlığa çevirməyə çalışmışdır.
Bəhirənin söz və xəbərdarlıqları nəticəsində Əbu Talib Şama getmədi və mallarını Büsrədə sataraq oradan Məkkəyə qayıtmışdır. Xristian ilahiyyatçısı Dəməşqli İoannnın sözlərinə görə Buheyra öz səhv fikirləri ilə Qurana ilham verən azğın rahib adlandırmışdır[2].