Bunge katalpası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Bunge katalpası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bunge katalpası (lat. Catalpa bungei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.
Şimali Çində yayılmışdır.
Yığcam yumru formalı, hündürlüyü 8–12 m olan, yarpağını tökən, dekorativ görünüşlü koldur. Yarpaq ayalarının uzunluğu 6–15 sm və eni 8 sm, i8ri, üçkünc-oval və ya uzunsov-oval, ürəkşəkilli, tünd-yaşıl, bünövrəsində enli, pazşəkilli, ucu uzun, biz, tükcüklüdür. Ətirli çiçəkləri iri, zəngvari, ağ və ya çəhrayı-bənövşəyi, düz dayanan süpürgələrə yığılmışdır. Çiçək qrupları qalxanvari-salxımşəkilli, ucda 2–12 çiçəklidir. Kasacığı 2 dodaqlı, ucunda 2 dişlidir. Çiçək tacı açıq-qırmızı, uzunluğu 3–3,5 sm, 2 sarı zolaqlı və boğazında tünd-qırmızıdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri sallaq, qınşəkilli, silindrik, uzunluğu 25–45 sm, eni 0,6 sm olan, toxumlu qutucuqlardır və bütün qışı bitkinin üstündə qalır. Saplaqların uzunluğu 2–8 sm-dir. Toxumlarla, yay qələmləri və zoğlarla çoxalır.
Küləkdən qorunan günəşli yerdə əkilməsi məsləhət görülür. Torpağa tələbkar deyil, bataqlıq yerləri sevmir. Qarsız sərt qışda cavan nümunələri dona bilər, ona görə payızda gövdəətrafı dairələr quru yarpaqlarla mulçalanır.
Mərdəkan dendrarisində introduksiya edilmişdir. Qəbələ, Zaqatala, Qax, Balakən, Şəki və başqa rayonlarda mədəni şəraitdə becərilir.
Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə edilir.