Bungo Stray Dogs

Bungo Stray Dogs
Birinci cildin üzlüyü.
文豪ストレイドッグス
(Bungō Sutorei Doggusu)
azərb. Ədəbi küçə itləri
Janr döyüş, müəmma, fövqəltəbii
Manqa
YazıçıKafka Asaqiri
RəssamSanqo Harukava
NəşriyyatKadokawa Shoten
Tərcüməçi nəşriyyat
JurnalYoung Ace
Demoqrafiyaseynen
Nəşr tarixi4 dekabr 2012 – hazırda
Cildlər25 (cild siyahısı)
Manqa
ManqakaKafka Asaqiri
RəssamSanqo Harukava
NəşriyyatKadokawa Shoten
Nəşr tarixi1 aprel 2014 – hazırda
Cildlər8
Anime
RejissorTakuya İqaraşi
SsenaristYoci Enokido
BəstəkarTaku İvasaki
StudiyaBones
Digər lisenziyalar
KanalTokyo MX, TVS, CTC, tvk, GBS, MTV, SUN, TVQ, BS11
Digər kanallar
Buraxılış tarixi7 aprel 2016 – hazırda
Seriyalar24 + OVA (seriya siyahısı)
Anime
Bungo Stray Dogs: Dead Apple
RejissorTakuya İqaraşi
SsenaristYoci Enokido
Kafka Asaqiri
BəstəkarTaku İvasaki
StudiyaBones
  Anime və manqa portalı

Bungo Stray Dogs (文豪ストレイドッグス, Bungō Sutorei Doggusu?, azərb. Ədəbi küçə itləri‎)2012-cu ildən Sanko Harukavanın rəssamlıği ilə Kafka Asaqiri tərəfindən yazılan manqa seriyası. Manqa seriyası Liman mafiyası və Gildiya kimi cinayətkar qruplaşmalarla mübarizə aparan, fövqəltəbii güclərə malik olan Silahlı Detektiv Agentliyindən bəhs edir. Manqa seriyası 4 dekabr 2012-ci ildən Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunur və indiyə qədər 25 cildi buraxılmışdır. 2014-cü ildən isə ranobe adaptasiyası nəşr olunur. Manqa seriyası Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır.

Bones studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2016-ci ilin aprelindən dekabrına kimi yayımlanmış və 24 seriya davam etmişdir. Üçüncü mövsümü anons edilmişdir. "Bungo Stray Dogs: Dead Apple" adlı anime filmi 3 mart 2018-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.

Hadisələr Yaponiyanın Yokohama şəhərində xüsusi güclərə malik olan şəxslər ətrafında cərəyan edir. Bu "bacarıqlılar" güclərindən müxtəlif məqsədlər üçün istifadə edirlər. Hekayənin mərkəzində bacarıqlılar tərəfindən qurulmuş, cinayətlə mübarizə aparan Silahlı Detektiv Agentliyi və cinayətkar bacarıqlılardan təşkil olunmuş Liman mafiyası dayanır. Silahlı Detektiv Agentliyi və Liman mafiyası arasındakı mübarizədən bəhs edilir.

Manqadakı bir çox personaj məşhur yazıçıların şərəfinə adlandırılmışdır: Rünoske Akutaqava, Osamu Dazai, Atsuşi Nakacima, Fyodor Dostoyevski, Ranpo Edoqava, Kenji Miyazava, Doppo Kunikida, Akiko Yosano və s.

Silahlı Detektiv Agentliyi

[redaktə | mənbəni redaktə et]
Atsuşi Nakacima (中島 敦, Nakajima Atsushi?)
Səsləndirən: Yuuto Uemura,[1] Lynn (balaca)
Atsuşi Nakacimanın şərəfinə adlandırılıb. Əsas protaqonistdir, 18 yaşı var. Ay altındakı bədheybət (月下獣, Gekkajū?) adlı gücə malikdir. Bu güc sayəsində ağ pələngə çevrilə bilir, çox güclü və çevik olur, lakin gücünü tam kontrol edə bilmir. Uşaq vaxtı yetim olduğundan Agentliyə qoşulduğu ilk günlərdə özünü yararsız hesab edirdi.
Osamu Dazai (太宰 治, Dazai Osamu?)
Səsləndirən: Mamoru Miyano[1]
Osamu Dazainin şərəfinə adlandırılıb. Atsuşini Agentliyə cəlb edən şəxsdir. Qadınlara qarşı marağı var. Qayğısız şəxsiyyətə malik Dazai tez-tez intihara cəhd edir, lakin həmişə biri tərəfindən xilas edilir. Onun gücü Artıq insan deyil (人間失格, Ningen Shikkaku?) sayəsində bir toxunuşla istənilən gücü ləğv edə bilir. Əvvəllər Liman mafiyasının əsas üzvü olsa da, dostu Sakunosukenun ölümündən sonra Agentliyə qatılmışdır.
Doppo Kunikida (国木田 独歩, Kunikida Doppo?)
Səsləndirən: Yoşimasa Hosoya[1]
Doppo Kunikidanın şərəfinə adlandırılıb. Dazainin partneridir, Dazainin məsuliyyətsiz və qayğısız hərəkətləri həmişə onu əsəbləşdirir. Keçmiş riyaziyyat müəllimi Kunikida idealist, intizamlıdır, həmişə plan tutur. GücüTənha şair adlanır (独歩吟客, Doppo Ginkaku?), dəftərinə adını yazdığı cismi mövcud hala gətirə bilir.
Cuniçiro Tanizaki (谷崎 潤一郎, Tanizaki Jun'ichirō?)
Səsləndirən: Toşiyuki Toyonaqa[1]
Cuniçiro Tanizakinın şərəfinə adlandırılıb. Atsuşi ilə eyni yaşdadır. Gücüİşıq qarı (細雪, Sasameyuki?) adlanır, müəyyən ərazidə illüziyaya səbəb ola bilir. Bacısını çox sevir.
Ranpo Edoqava (江戸川 乱歩, Edogawa Ranpo?)
Səsləndirən: Hiroşi Kamiya[1]
Ranpo Edoqavanın şərəfinə adlandırılıb. Agentlikdəki ən bacarıqlı və əsas detektivdir. Öz gücünü Super müəyyənləşdirmə (超推理, Chō suiri?) adlandırır, lakin əslində gücü yoxdur, sadəcə çox ağıllı və müşahidəçidir.
Kenci Miyazava (宮沢 賢治, Miyazawa Kenji?)
Səsləndirən: Hiroyuki Kaqura[1]
Kenci Miyazavanın şərəfinə adlandırılıb. Kənd yerindən gəlib, qayğısız və optimistdir. Gücü Yağışdan məğlubedilməz (雨ニモマケズ, Ame ni mo Makezu?) adlanır, ac olanda qeyri-insani fiziki gücə malik olur.
Akiko Yosano (与謝野 晶子, Yosano Akiko?)
Səsləndirən: Yuu Şimamura[1]
Akiko Yosanonun şərəfinə adlandırılıb. Agentliyin əsas həkimidir. Gücü Sən ölməyəcəksən (君死にたもうこと勿れ, Kimi Shinitamou koto nakare?) adlanır, özünü və digərlərini sürətlə sağalda bilir, lakin gücü ancaq ağır yaralanmalarda işə düşür, buna görə də özü xəstələri ağır yaralamağa məcbur olur. Buna görə də Agentliyin digər üzvləri ondan çəkinir.
Yukiçi Fukuzava (福沢 諭吉, Fukuzawa Yukichi?)
Səsləndirən: Rikiya Koyama[1]
Yukiçi Fukuzavanın şərəfinə adlandırılıb. Agentliyin prezidentidir. Gücü Bütün kişilər bərabərdir (人の上に人を不造, Hito no Ue ni Hito wo Tsukurazu?) adlanır, agentliyin üzvlərinin gücləri üzərində nəzarət edə bilir.
Kyoka İzumi (泉 鏡花, Izumi Kyōka?)
Səsləndirən: Sumire Morohoşi[2]
Kyoka İzuminin şərəfinə adlandırılıb. Liman mafiyasının üzvü olan yetim qızdır, lakin Atsuşinin cəhdləri ilə Agentliyə qoşulur. Gücü Demon qarı (夜叉白雪, Yasha Shirayuki?) adlanır, gücü sayəsində Demon qarı adlı qılınclı kabus çağıra bilir, lakin kabus ancaq mobil telefondan gələn əmrləri yerinə yetirir. Liman mafiyasında olarkən 35 nəfəri öldürmüşdür.
Kirako Haruno (春野 綺羅子, Haruno Kirako?)
Səsləndirən: Mina
Agentliyin işçisidir.
Naomi Tanizaki (谷崎 ナオミ, Tanizaki Naomi?)
Səsləndirən: Çiaki Omiqawa[1]
Cuniçironun bacısıdır. Gücü yoxdur.

Liman mafiyası

[redaktə | mənbəni redaktə et]
Ryunosuke Akutaqava (芥川 龍之介, Akutagawa Ryūnosuke?)
Səsləndirən: Kenşo Ono[1]
Ryunosuke Akutaqavanın şərəfinə adlandırılıb. Raşomon (羅生門?) adlı gücə malikdir, qara paltosu güclü bədheybətə çevrilə bilir. Dazainin keçmiş tələbəsi olub, özünü ona qarşı sübut etməyə çalışır.
Çuya Nakahara (中原 中也, Nakahara Chūya?)
Səsləndirən: Kişo Taniyama[3]
Çuya Nakaharanın şərəfinə adlandırılıb. Dazainin keçmiş partneridir. Gücü Rüsvayçı kədər (汚れつちまつた悲しみに, Yogoretsu Chimatsuta Kanashimi ni?) adlanır, ona qravitasiyanı idarə etməyə imkan verir. Qısaboyludur və Dazai tərəfindən bunun üzünə vurulmasından nifrət edir.
İçiyo Hiquçi (樋口 一葉, Higuchi Ichiyō?)
Səsləndirən: Asami Seto[2]
İçiyo Hiquçinin şərəfinə adlandırılıb. Akutaqavanın köməkçisidir və ona heyranlıq duyur. Gücü yoxdur, amma yaxşı döyüşə bilir.
Motociro Kaci (梶井 基次郎, Kajī Motojirō?)
Səsləndirən: Vataru Hatano[2]
Motociro Kaciinin şərəfinə adlandırılıb. Mafiyanın bombaçısıdır. Gücü Limon bombası (檸檬爆弾, Remonēdo?) adlanır, hazırladığı limon formalı bombalardan zərər görməsinin qarşısını alır.
Ryuurou Hirotsu (広津 柳浪, Hirotsu Ryurou?)
Səsləndirən: Atsuşi Ono
Ryuurou Hirotsunun şərəfinə adlandırılıb. Mafiyanın Qara kərtənkələ adlı komandasının lideridir. İşində peşəkardır, qeyri-peşəkar davranışları sevmir.
Miçizo Taçihara (立原 道造, Tachihara Michizou?)
Səsləndirən: Yuu Hayaşi
Miçizo Taçiharanın şərəfinə adlandırılıb. Qara kərtənkələnin komandirlərindən biridir.
Qin (?)
Səsləndirən: Şiina Natsukava
Qara kərtənkələnin komandirlərindən biridir. Kişi görünsə də, əslində Ryunosuke Akutaqavanın bacısıdır.
Oqay Mori (森 鴎外, Mori Ōgai?)
Səsləndirən: Mitsuru Miyamoto
Oqay Morinin şərəfinə adlandırılıb. Liman mafiyasının lideridir. Mafiya lideri olsa da, alicənab və sakitdir. Keçmiş həkimdir. Vita Sexualis (ヰタ・セクスアリス, Uita sekusuarisu?) adlı gücə malikdir.
Elise (エリス, Erisu?)
Səsləndirən: Sora Amamiya
Oqay Morinin baxdığı kiçik qızdır.
Koyo Ozaki (尾崎 紅葉, Ozaki Kōyō?)
Səsləndirən: Ami Koşimizu[4]
Ozaki Koyonun şərəfinə adlandırılıb. Qızıl demon (金色夜叉, Konjakiyasha?) adlı gücə malikdir. Gücü Kyokonunkinə çox bənzəyir. Kyokonun xətrini çox istəyir və onun xoşbəxt olmasını arzulayır.
Sakunosuke Oda (織田 作之助, Oda Sakunosuke?)
Səsləndirən: Cuniçi Suvabe
Sakunosuke Odanın şərəfinə adlandırılıb. Liman mafiyasının aşağı rütbəli üzvü, Anqo və Dazainin dostudur. Adsız (天衣無縫, Ten'imuhō?) gücü sayəsində hadisəni 5-6 saniyə öncəsindən hiss edə bilir. Adı "Odasaku" kimi qısaldılır. Əslində mafiyadan ayrılıb, yazıçı olmaq istəyir. Lakin qayğısına qaldığı uşaqların bir terrorçu tərəfindən öldürülməsindən və qisasını həyatı bahasına alması buna mane olur. Onun ölümü Dazainin mafiyadan ayrılmasına ilham vermişdir.
Kyusaku Yumeno (夢野久作, Yumeno Kyūsaku?)
Səsləndirən: Haruka Kudo
Yumeno Kyusakunun şərəfinə adlandırılıb. Bəzən "Q" kimi də tanınır. Doqra Maqra (ドグラ・マグラ, Dogura Magura?) adlı gücü ilə başqalarının zehinlərini kontrol edə bilir.
Frensis Skott Key Fitscerald (フランシス・スコット・キー・フィッツジェラルド?)
Səsləndirən: Takahiro Sakuray[5]
Frensis Skott Fitsceraldın şərəfinə adlandırılıb. Gildiyanın lideridir. Gücü "Böyük Fitscerald" adlanır. Bu güc sayəsində nə qədər çox pul xərcləyirsə, bir o qədər çox güclü olur. Əsl məqsədi ölmüş qızını diriltməkdir.
Lusi Mod Montqomeri (ルーシー・モード・モンゴメリ?)
Səsləndirən: Kana Hanazava[6]
Lusi Mod Montqomerinin şərəfinə adlandırılıb. Gildiyanın üzvüdür. Atsuşi kimi o da balaca ikən travmalar keçirib. Buna görə psixopat şəxsiyyətə malikdir və gildiyadan asılıdır. Onun gücü "Sütün qırmızısının Annası" adlanır. Bu güc sayəsində başqa reallıqda otaq yarada və insanları orada həbs edə bilir. Gildiya düşəndə Silahlı Detektiv Agentliyinə kömək edir.
Marqaret Mitçell (マーガレット・ミッチェル?)
Səsləndirən: Kaori Nazuka[7]
Marqaret Mitçellin şərəfinə adlandırılıb. Nataniel Hotorn ilə partnerdir. Gücü "Küləklə getmiş" adlanır, istənilən obyekti küləklə parçalaya bilir.
Nataniel Hotorn (ナサニエル・ホーソーン?)
Səsləndirən: Tarusuke Şinqaki[7]
Nataniel Hotornun şərəfinə adlandırılıb. Marqaret Mitçelin partneridir. Rahibdir, yanında həmişə Bibliya daşıyır, günahkarları cəzalandırdığını düşünür. Gücü "Qırmızı hərf" adlanır. Bu güc sayəsində qanı silah kimi istifadə edə və kontrol edə bilər.
Con Steynbek (ジョン・スタインベック?)
Səsləndirən: Kenqo Kavanişi[8]
Con Steynbekin şərəfinə adlandırılıb. Lavkraftın partneridir. Steynbek Şimali Amerikalı bir fermer ailəsindən gəlir, nisbətən yolagedəndir. Gildiyaya ailəsinə maddi yardım etmək üçün qoşulub. Sakit olmasına baxmayaraq, ailəsi üçün hər şeyi edə bilər. Gücü "Qəzəb salxımları" adlanır, boynuna əkdiyi bitkini kontrol edə bilir.
Hovard Fillips Lavkraft (ハワード・フィリップス・ラヴクラフト?)
Səsləndirən: Şunsuke Takeuçi[8]
Hovard Fillips Lavkraftın şərəfinə adlandırılıb. Con Steynbekin şərəfinə adlandırılıb. Çox qəribə şəxsiyyətə malikdir. Gücü "Böyük qədimlər" adlanır, gücü yeganə gücdür ki, Dazai deaktiv edə bilmir. Gücü tam həddinə çatanda nəhəng bədheybətə çevrilir. Fitsceraldın məğlubiyyətindən sonra müqaviləsinin başa çatdığını bildirərək dənizə qayıdır.
Mark Tven (マーク・トウェイン?)
Səsləndirən: Hiroyuki Yoşino[9]
Mark Tvenin şərəfinə adlanır. "Heklberri Finn & Tom Soyer" adlı gücə malikdir, Heck Finn (ハック・フィン?) (Risae Matsuda) və Tom Soyer (トム・ソーヤ?) (Satsumi Matsuda) adlı iki köməkçi verir. Hek və Tom sayəsində snayperçi kimi xidmət verir.
Luiza Mey Alkott (ルイーザ・メイ・オルコット?)
Səsləndirən: Hikaru Ueda
Luiza Mey Alkottun şərəfinə adlandırılıb. "Qiçik qadınlar" adlı gücə malikdir, şəxsi otağında fikirləşərkən vaxtı yavaşlada bilir, buna görə taktikaçı kimi xidmət verir. Çox utancaqdır.
German Melvill (ハーマン・メルビル?)
Səsləndirən: Takayuki Suqo
German Melvillin şərəfinə adlandırılıb. Gildiyanın üzvüdür və gücü "Mobi Dik" adlanır, bunun sayəsində nəhəng balina formasında hava gəmisi çağıra bilir. Keçmişdə gildiyanın lideri olub.
Edqar Allan Po (エドガー・アラン・ポオ?)
Səsləndirən: Toşiyuki Morikava
Edqar Allan Ponun şərəfinə adlandırılıb. "Morq küçəsindəki qara pişik" adlı gücə malikdir. Güc sayəsində istənilən şəxsi oxuduğu romana daxil edə bilər. Karl adlı yenot saxlayır.
Anqo Sakaquçi (坂口安吾, Sakaguchi Ango?)
Səsləndirən: Cun Fukuyama
Anqo Sakaquçinin şərəfinə adlandırılıb. Hökumət işçisidir. Bir müddət Liman mafiyasında işləsə də, əslində hökumət üçün casusluq edirdi. Liman mafiyasının əmri ilə Mimikdə də casusluq edirdi. Dazai və Odanın dostudur.
Andre Jid (アンドレ・ジッド?)
Səsləndirən: Şiniçiro Miki
Andre Jidin şərəfinə adlandırılıb. Avropada Mimik adı ilə tanınan təşkilatın lideridir. Sakunosuke kimi onun gücü "Darvazada əziyyət" sayəsində gələcəkdəki hadisələri bir neçə saniyə öncəsindən görə bilir. Ölkəsi tərəfindən xəyanət görən Jid möhtəşəm ölüm istəyir. Nəhayət Oda onu öldürür.
Fyodor Dostoyevski (フョードル・ドストエフスキー?)
Səsləndirən: Akira İşida
Fyodor Dostoyevskinin şərəfinə adlandırılıb. Ölülər Evindəki Siçanların lideridir. Gücü "Cinayət və cəza" adlanır.
Aya Koda (幸田 文, Kōda Aya?)
Səsləndirən: Minako Kotobuki
Aya Kodanın şərəfinə adlandırılıb.
Şosaku Katsura (桂正作, Katsura Shōsaku?)
Səsləndirən: Masakazu Morita
Kunikida Dopponun "Qeyri-adi adi insan" əsərindəki baş qəhrəmanın şərəfinə adlandırılıb.
Tatsuhiko Şibusava (澁澤 龍彦, Shibusawa Tatsuhiko?)
Səsləndirən: Kazuya Nakay
Tatsuhiko Şibusavanın şərəfinə adlandırılıb.

Kafka Asaqiri və Sanqo Harukava manqanı 2012-ci ildən Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr etdirirlər. 2024-ci ilə kimi 25 cildi buraxılmışdır. Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.

Cild siyahısı

[redaktə | mənbəni redaktə et]
Yapon versiyasının nəşr tarixiYapon ISBNİngilis versiyasının nəşr tarixiİngilis ISBN
1 4 aprel 2013[10]ISBN 978-4-04-120673-720 dekabr 2016[11]ISBN 978-0-31-655470-1
2 5 avqust 2013[12]ISBN 978-4-04-120835-921 mart 2017[13]ISBN 978-0-31-646814-5
3 4 dekabr 2013[14]ISBN 978-4-04-120952-320 iyun 2017[15]ISBN 978-0-31-646815-2
4 4 aprel 2014[16]ISBN 978-4-04-121093-219 sentyabr 2017[17]ISBN 978-0-31-646816-9
5 4 avqust 2014[18]ISBN 978-4-04-101539-119 dekabr 2017[19]ISBN 978-0-31-646817-6
6 4 dekabr 2014[20]ISBN 978-4-04-101540-710 aprel 2018[21]ISBN 978-0-31-646818-3
7 2 may 2015[22]ISBN 978-4-04-102915-226 iyun 2018[23]ISBN 978-0-31-646819-0
8 4 sentyabr 2015[24]ISBN 978-4-04-102916-918 sentyabr 2018[25]ISBN 978-0-31-646820-6
9 29 dekabr 2015[26]ISBN 978-4-04-102917-611 dekabr 2018[27]ISBN 978-0-31-646843-5
10 4 iyun 2016[28]ISBN 978-4-04-104283-019 mart 2019[29]ISBN 978-1-97-530371-6
11 4 oktyabr 2016[30]ISBN 978-4-04-104286-118 iyun 2019[31]ISBN 978-1-97-530449-2
12 4 aprel 2017[32]ISBN 978-4-04-104287-813 sentyabr 2019[33]ISBN 978-1-97-530452-2
13 4 avqust 2017[34]ISBN 978-4-04-105041-517 dekabr 2019[35]ISBN 978-1-97-530455-3
14 4 dekabr 2017[36]ISBN 978-4-04-106394-124 mart 2020[37]ISBN 978-1-97-530458-4
15 4 iyun 2018[38]ISBN 978-4-04-106935-623 iyun 2020[39]ISBN 978-1-97-535921-8
16 4 dekabr 2018[40]ISBN 978-4-04-106936-320 oktyabr 2020[41]ISBN 978-1-97-535924-9
17 1 may 2019[42]ISBN 978-4-04-108133-415 dekabr 2020[43]ISBN 978-1-97-531605-1
18 28 dekabr 2019[44]ISBN 978-4-04-108134-123 mart 2021[45]ISBN 978-1-97-531608-2
19 3 iİyul 2020[46]ISBN 978-4-04-109470-913 iyul 2021[47]ISBN 978-1-97-532246-5
20 4 dekabr 2020[48]ISBN 978-4-04-109471-621 sentyabr 2021[49]ISBN 978-1-97-533647-9
21 3 avqus 2021[50]ISBN 978-4-04-111355-421 iyun 2022[51]ISBN 978-1-97-534502-0
22 4 mart 2022[52]ISBN 978-4-04-112192-417 yanvar 2023[53]ISBN 978-1-97-536170-9
23 28 dekabr 2022[54]ISBN 978-4-04-112864-021 noyabr 2023[55]ISBN 978-1-97-5379018
24 4 sentyabr 2023[56]ISBN 978-4-04-113910-320 avqust 2024[57]ISBN 979-8-855-40199-8
25 4 iyun 2024[58]ISBN 978-4-04-115002-3

Kafka Asaqiri və Sayaqo Harukava manqa əsasında ranobe adaptasiyası hazırlamışdırlar. Onlar Yukito AyatsuciNatsuhiko Kyoqokudan bəhs edən spin-off da yazmışdırlar. Ranobe Kadokawa Shoten tərəfindən nəşr olunmuşdur.

8 iyul 2018-ci ildə Anime Expo tədbirində Yen Press ranobeni lisenziyalaşdırmışdır.

Yapon nəşr tarixiYapon ISBN
1 1 aprel 2014[59]ISBN 978-4-04-101312-0
2 1 avqust 2014[60]ISBN 978-4-04-101713-5
3 1 may 2015[61]ISBN 978-4-04-102332-7
Qayden 30 yanvar 2016[62]ISBN 978-4-04-103730-0
4 1 oktyabr 2016[63]ISBN 978-4-04-104049-2
5 3 mart 2018[64]ISBN 978-4-04-106535-8
6 1 aprel 2019[65]ISBN 978-4-04-107570-8
7 1 avqust 2019[66]ISBN 978-4-04-107879-2
8 27 fevral 2021[67]ISBN 978-4-04-108517-2

Bones studiyası tərəfindən Takuya İqaraşinin rejissorluğu və Yoci Enokidonun ssenaristliyi ilə anime adaptasiyası istehsal olunmuşdur. Nobuhiro Aray və Hiroşu Kanno animasiya rejissorları olmuşdurlar. Kanno Ryo Hirata ilə personaj dizayneri olmuşdur. Taku İvasaki bəstəkar olmuşdur. Yumiko Kando art-direktor, Yukari Koto rəng rejissoru, Şiqeru Nişiyama montajçı olmuşdur.[68] Açılış mahnısı Granrodeo tərəfindən ifa olunan "Trash Candy",[69][70] bağlanış mahnısı Luck Life tərəfindən ifa olunan "Namae o Yobu yo" (名前を呼ぶよ?) mahnısı olmuşdur.[71]

Serial iki hissəyə bölünmüşdür. İlk 12 seriya 7 aprel 2016-cı ildən 23 iyun 2016-cı ilə kimi yayımlanmışdır.[70] İkinci hissə isə 6 oktyabr 2016-cı ildən 22 dekabr 2016-cı ilə kimi yayımlanmışdır.[70][72] Anime Crunchyroll tərəfindən lisenziyalaşdırılmışdır.[73] İkinci hissənin açılış mahnısı Screen Mode tərəfindən ifa olunan "Living Reason" mahnısı, bağlanış mahnısı isə Luck Life tərəfindən ifa olunan "Kaze ga Fuku Machi" (風が吹く街?) mahnısı olmuşdur.

21 iyul 2018-ci ildə anime serialının 3-cü mövsümü anons edilmişdir.[74]

31 avqust 2017-ci ildə manqanın 13-cü cildi ilə birlikdə OVA seriyası buraxılmışdır.[75][76]

Anime Şimali Amerikada Crunchyroll tərəfindən, Böyük Britaniyada Anime Limited tərəfindən lisenziyalaşdırılmışdır.[77][78]

19 fevral 2017-ci ildə Mayo(w)i Inu-tachi no Utage Sono Ni tədbirində anime filmi anons edilmişdir.[79] "Bungo Stray Dogs: Dead Apple"[80] adlı anime filmi 3 mart 2018-ci ildə ekranlaşdırılmışdır.[81] Seyyular və istehsalçı heyət dəyişməmişdir.

Seriya siyahısı

[redaktə | mənbəni redaktə et]
Orijinal başlıq[a]
Orijinal yaponca başlıq[82]
Orijinal yayım tarixi[83]
1 "Tale gözlənilməz və qeyri-sabitdir"
"Jinsei Banji Saiō ga Tora" (人生万事塞翁が虎) 
7 aprel 2016
2 "Müəyyən bomba"
"Aru Bakudan" (或る爆弾) 
14 aprel 2016
3 "Yokohama qanqster cənnəti"
"Yokohama Gyangusuta Paradaisu" (ヨコハマ ギャングスタア パラダヰス) 
21 aprel 2016
4 "Fatalistin faciəsi"
"Unmeironsha no Himi" (運命論者の悲み) 
28 aprel 2016
5 "D küçəsində qətl"  5 may 2016
6 "Göy xəbərçi"
"Ao no Shito" (蒼の使徒) 
12 may 2016
7 "İdeallar adlı xəstəlik sevgisi"
"Risō to Iu Yamai wo Aisu" (理想という病を愛す) 
19 may 2016
8 "Öldürməyi öyrətmək; Daha sonra ölmək"
"Hito wo Koroshite Shine yo tote" (人を殺して死ねよとて) 
26 may 2016
9 "Gözəllik daş heykəl kimi sakitdir"
"Utsukushiki Hito wa Sabi to Shite Sekizō no Gotoku" (うつくしき人は寂として石像の如く) 
2 iyun 2016
10 "Raşomon və Pələng"
"Rashōmon to Tora" (羅生門と虎) 
9 iyun 2016
11 "Birincisi, ona uyğun olmayan bir peşə. İkincisi, Özündən çıxmış Detektiv Agentliyi"
"Sono Ichi, 'Kanojo ni Mukanai Shokugyō'. Sono Ni, 'Uchōten Tanteisha'" (其の一『彼女には向かない職業』。 其の二『有頂天探偵社』) 
16 iyun 2016
12 "Darfikirli arxa dayanmadan keçmişə qayıdır"
"Taemanaku Kako e Oshimodosare nagara" (たえまなく過去へ押し戻されながら) 
23 iyun 2016
13 "Qaranlıq dövr"
"Kuro no Jidai" (黒の時代) 
6 oktyabr 2016
14 "Qayıtmağa yer yoxdur"
"Modorenai Basho" (戻れない場所) 
13 oktyabr 2016
15 "Okeanı görməyin mümkün olduğu otaq"
"Itsuka Umi no Mieru Heya de" (いつか海の見える部屋で) 
20 oktyabr 2016
16 "Ədəbi küçə itləri"
"Bungō Sutorei Doggusu" (文豪ストレイドッグス) 
27 oktyabr 2016
17 "Üç şirkət münaqişəsi"
"San Shakyōgō" (社競合) 
3 noyabr 2016
18 "Münaqişə strategiyası"
"Funsō no Senryaku" (紛争の戦略) 
10 noyabr 2016
19 "Maqnat vəhşiliyi"
"Wiru Obu Taikūn" (ウィル・オブ・タイクーン) 
17 noyabr 2016
20 "Zehn zəhv ola bilər"
"Atama wa Machigau Koto ga Atte mo" (頭は間違うことがあっても) 
24 noyabr 2016
21 "İkiqat qara"
"Sōtsu no Kuro" (双つの黒) 
1 dekabr 2016
22 "Hissə I: Poe və Rampo / Hissə 2: Mobi Dik, Göydə üzən"
"Sono Ichi: Poo to Ranpo / Sono Ni: Ten no Umi o Yuku Shiro Kujira no Ari te" (其の一『ポオと乱歩』/ 其の二『天の海をゆく白鯨のありて』) 
8 dekabr 2016
23 "Raşomon, Pələng və Sonuncu imperator"
"Rashōmon to Tora to Saigo no Taikun" (羅生門と虎と最後の大君) 
15 dekabr 2016
24 "Əgər indi yükümdən qurtula bilsəm"
"Moshi Kyō Kono Nimotsu o Oroshi te Yoi no nara" (若し今日この荷物を降ろして善いのなら) 
22 dekabr 2016
25 (OVA) "O tək gəzir"
"Hitori Ayumu" (ひとりあゆむ) 
4 avqust 2017

iOS və Android platformaları üçün "Bungo Stray Dogs Mayoi Inu Kaikitan" adlı videooyun buraxılacaq.[84] Oyun anime serialında görünməyən personajlar üçün nəzərdə tutulub.[85]

  1. Bütün başlıqlar Crunchyroll-dan götürülb.
  1. 1 2 3 4 5 6 7 8 9 10 ""Bungou Stray Dogs" Anime Cast Announced". Crunchyroll. 20 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2016.
  2. 1 2 3 "Bungō Stray Dogs Anime Casts Wataru Hatano, Asami Seto, Sumire Morohoshi". Anime News Network. 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2016.
  3. "Bungō Stray Dogs Anime Casts Kishô Taniyama". Anime News Network. 2016-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2016.
  4. "Bungo Stray Dogs Anime Casts Ami Koshimizu". Anime News Network. 21 September 2016. 23 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2016.
  5. "Takahiro Sakurai Joins Cast of "Bungo Stray Dogs"". Crunchyroll. 10 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2016.
  6. "『文スト』第12話、新キャラの声優は花澤香菜さんに決定 | アニメイトタイムズ". Animate Times (Japanese). 25 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2016.
  7. 1 2 "Bungō Stray Dogs Anime Casts Kaori Nazuka, Tarusuke Shingaki". Anime News Network. 31 August 2016. 2 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2016.
  8. 1 2 "Bungo Stray Dogs Anime Casts Kengo Kawanishi, Shunsuke Takeuchi". Anime News Network. 7 September 2016. 8 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2016.
  9. "Bungo Stray Dogs Anime Casts Hiroyuki Yoshino". Anime News Network. 14 September 2016. 15 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2016.
  10. "文豪ストレイドッグス (1)". Kadokawa Corporation (Japanese). 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  11. "Bungo Stray Dogs, Vol. 1". Hachette Book Group. 12 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 November 2016.
  12. "文豪ストレイドッグス (2)". Kadokawa Corporation (Japanese). 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  13. "Bungo Stray Dogs, Vol. 2". Hachette Book Group. 31 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 December 2016.
  14. "文豪ストレイドッグス (3)". Kadokawa Corporation (Japanese). 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  15. "Bungo Stray Dogs, Vol. 3". Hachette Book Group. 31 December 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 December 2016.
  16. "文豪ストレイドッグス (4)". Kadokawa Corporation (Japanese). 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  17. "Bungo Stray Dogs, Vol. 4". Hachette Book Group. 5 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 March 2017.
  18. "文豪ストレイドッグス (5)". Kadokawa Corporation (Japanese). 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  19. "Bungo Stray Dogs Vol.5". Yen Press. November 2, 2017. İstifadə tarixi: November 2, 2017.[ölü keçid]
  20. "文豪ストレイドッグス (6)". Kadokawa Corporation (Japanese). 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  21. "Bungo Stray Dogs Vol. 6". Yen Press. November 2, 2017. İstifadə tarixi: November 2, 2017.[ölü keçid]
  22. "文豪ストレイドッグス (7)". Kadokawa Corporation (Japanese). 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  23. "Bungo Stray Dogs, Vol. 7". Yen Press. İstifadə tarixi: 22 April 2018.[ölü keçid]
  24. "文豪ストレイドッグス (8)". Kadokawa Corporation (Japanese). 23 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  25. "Bungo Stray Dogs, Vol. 8". Yen Press. 11 July 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 April 2018.
  26. "文豪ストレイドッグス (9)". Kadokawa Corporation (Japanese). 7 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2016.
  27. "Bungo Stray Dogs, Vol. 9". Yen Press. İstifadə tarixi: 28 September 2018.[ölü keçid]
  28. "文豪ストレイドッグス (10)". Kadokawa Corporation (Japanese). 1 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2016.
  29. "Bungo Stray Dogs, Vol. 10". Yen Press. İstifadə tarixi: 28 September 2018.[ölü keçid]
  30. "文豪ストレイドッグス (11)". Kadokawa Corporation (Japanese). 12 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2016.
  31. "Bungo Stray Dogs, Vol. 11". Yen Press. İstifadə tarixi: 10 May 2019.[ölü keçid]
  32. "文豪ストレイドッグス (12)". Kadokawa Corporation (Japanese). 5 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2017.
  33. "Bungo Stray Dogs, Vol. 12". Yen Press. 8 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 November 2019.
  34. "文豪ストレイドッグス (13)". Kadokawa Corporation (Japanese). 17 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2017.
  35. "Bungo Stray Dogs, Vol. 13". Yen Press. 3 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2019.
  36. "文豪ストレイドッグス (14)". Kadokawa Corporation (Japanese). 20 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2017.
  37. "Bungo Stray Dogs, Vol. 14". Yen Press. 3 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2020.
  38. "文豪ストレイドッグス (15)". Kadokawa Corporation (Japanese). 26 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  39. "Bungo Stray Dogs, Vol. 15". Yen Press (English). 26 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  40. "文豪ストレイドッグス (16)". Kadokawa Corporation (Japanese). 16 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  41. "Bungo Stray Dogs, Vol. 16". Yen Press (English). 26 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2020.
  42. "文豪ストレイドッグス (17)". Kadokawa Corporation (Japanese). 21 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  43. "Bungo Stray Dogs, Vol. 17". Yen Press (English). 3 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2020.
  44. "文豪ストレイドッグス (18)". Kadokawa Corporation (Japanese). 21 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  45. "Bungo Stray Dogs, Vol. 18". Yen Press (English). 16 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2020.
  46. "文豪ストレイドッグス (19)". Kadokawa Corporation (Japanese). 1 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  47. "Bungo Stray Dogs, Vol. 19". Yen Press (English). 16 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2021.
  48. "文豪ストレイドッグス (20)". Kadokawa Corporation (Japanese). 18 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  49. "Bungo Stray Dogs, Vol. 20". Yen Press (English). 16 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2021.
  50. "文豪ストレイドッグス (21)". Kadokawa Corporation (Japanese). 10 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  51. "Bungo Stray Dogs, Vol. 21". Yen Press (English). 1 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 dekabr 2022.
  52. "文豪ストレイドッグス (22)". Kadokawa Corporation (Japanese). 17 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2022.
  53. "Bungo Stray Dogs, Vol. 22". Yen Press (English). 15 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2022.
  54. "文豪ストレイドッグス (23)". Kadokawa Corporation (Japanese). 23 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2022.
  55. "Bungo Stray Dogs, Vol. 23". Yen Press (English). 13 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2023.
  56. "文豪ストレイドッグス (24)". Kadokawa Corporation (Japanese). 28 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2023.
  57. "Bungo Stray Dogs, Vol. 24". Yen Press (English). 4 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2024.
  58. "文豪ストレイドッグス (25)". Kadokawa Corporation (Japanese). 19 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2024.
  59. "文豪ストレイドッグス 太宰治の入社試験". Kadokawa Corporation (Japanese). 8 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  60. "文豪ストレイドッグス 太宰治と黒の時代". Kadokawa Corporation (Japanese). 8 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  61. "文豪ストレイドッグス 探偵社設立秘話". Kadokawa Corporation (Japanese). 8 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2015.
  62. "文豪ストレイドッグス外伝 綾辻行人VS.京極夏彦". Kadokawa Corporation (Japanese). 6 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2016.
  63. "文豪ストレイドッグス 55Minutes". Kadokawa Corporation (Japanese). 18 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 September 2016.
  64. "文豪ストレイドッグス DEAD APPLE(デッドアップル)". Kadokawa Corporation (Japanese). 4 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  65. "文豪ストレイドッグス BEAST". Kadokawa Corporation (Japanese). 10 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  66. "文豪ストレイドッグス 太宰、中也、十五歳". Kadokawa Corporation (Japanese). 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  67. "文豪ストレイドッグス STORM BRINGER". Kadokawa Corporation (Japanese). 13 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2021.
  68. "Bungō Stray Dogs Anime's New Key Visual, Staff, 1st 3 Character Designs Unveiled". Anime News Network. 29 October 2015. 31 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 November 2015.
  69. "Granrodeo Performs Bungō Stray Dogs Opening Theme Song". Anime News Network. 31 December 2015. 3 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2016.
  70. 1 2 3 "Bungo Stray Dogs Anime's 2nd Video, April 6 Debut, Split-Season Plans Revealed". Anime News Network. 1 March 2016. 16 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2016.
  71. "Luck Life Performs Bungō Stray Dogs Anime's Ending Theme". Anime News Network. 24 January 2016. 25 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2016.
  72. "Bungō Stray Dogs Anime's 2nd Half Premieres on October 5". Anime News Network. 26 August 2016. 27 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 August 2016.
  73. "Bungō Stray Dogs Gets Original Video Anime in Addition to TV Anime". Anime News Network. 29 March 2016. 31 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2016.
  74. "Bungo Stray Dogs Anime Gets 3rd Season". Anime News Network. 21 July 2018. 21 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2018.
  75. "Bungō Stray Dogs Gets Original Video Anime in Addition to TV Anime". Anime News Network. 29 March 2016. 31 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2016.
  76. "Bungo Stray Dogs Manga's 13th Volume Listed With Original Anime on Blu-ray". Anime News Network. 1 October 2016. 2 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 October 2016.
  77. "Crunchyroll and Funimation Partner to Expand access to Anime". Crunchyroll. 8 September 2016. 9 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2016.
  78. "Anime Limited Updates from London MCM Comic Con". Anime News Network. 28 May 2016. 30 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2016.
  79. "Bungo Stray Dogs Anime Gets New Film Project, Stage Play". Anime News Network. 19 February 2017. 20 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 February 2017.
  80. "Bungo Stray Dogs Anime Film Reveals Title, Teaser Video, Visual, Early Spring 2018 Debut". Anime News Network. 19 June 2017. 22 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2017.
  81. "Bungo Stray Dogs: Dead Apple Film's Trailer Reveals March 3 Premiere". Anime News Network. 2 November 2017. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2017.
  82. "STORY" (Japanese). 14 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 July 2016.
  83. "文豪ストレイドッグスの放送情報 - アニメ - TOKYO MX" (Japanese). Tokyo MX. 2 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 July 2016.
  84. "Bungo Stray Dogs Anime Gets 1st Smartphone Game". Anime News Network. 17 May 2017. 17 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2017.
  85. Serena Rei. "'Bungo Stray Dogs' to have its First Smartphone Game". Ani.me. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]