Buprestinae

Buprestinae
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Buprestinae
Beynəlxalq elmi adı

Buprestinae yarımfəsiləsi — (lat. Buprestinae) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsin Qızılböcəklər fəsiləsinə aid olan yarımfəsilə.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Böcəyin bədən uzunluğu 5–7 mm olur. Qızılı yaşıl, yaşıl və ya göyümtül yaşıl olur, parlaqdırlar. Önkürəkdə 2 iri qara ləkə var. Qalxancıq göyümtüldür. Qanadüstü moruğu qırmızıdır, bəzən çəhrayı qırmızıda olur, parlaq qızılı-yaşıldır. Yaşıl və ya göyümtül yaşıl üçbucaqları qalxançıqyanı ləkələr qanadüstünün bütün əsasını tutmuşdur. Yanlarda qalxancıq ətrafı ləkələr bənövşəyi də ola bilir Sürfələr uzunsovdur, rəngsizdir, sarımtıl ağdır, ayaqları olmur, kordurlar. Qarıncıq ensiz, uzunsovdur. Baş kiçikdir. Cənələri gəmiricidir. Sürfələr bitkilərin kökündə yaşayır, əsas inkişafı qabıqda gedir. Qabığın altında qəmirərək yollar açır. Pupları sərbəstdir. Cinsi dimorfizm. Erkəklər alt tərəfdən qızılı-yaşıl, antena 5-ci buğumdan zirvəyədək sarı rənglidir. Dişilər altan əsasən göyümtül yaşıl, antena göyümtül yaşıl olub, zirvəyə doğru tündləşir.[3]

Qışlamadan çıxmış böcəklərin uçuşu əsasən yazın sonu (mayın 3-cü ongünlüyü) – yayın əvvəlinə təsadüf edir. Mayalanma demək olar ki, bütün vegetasiya dövrü davam edir. Dişilərin məhsuldarlığı 50–100 yumurta arasında dəyişir. Yumurtalar yüksək temperaturda daha yaxşı inkişaf edirlər. Sürfələr bitkilərin kökündə yaşayır, əsas inkişafları qabıqda gedir. Puplaşmaq üçün ağacda gəmirərək uzunsov kamera düzəldir, ağzını isə ağac ovuntusu ilə örtürlər. Belə kameralar qalın qabıq altında uzun müddət təhlükəsiz saxlanılır. Kameranı sürfələr payızda hazırlayırlar və qışlamanı onun içərisində pronimfa mərhələsində keçirirlər.. Həmin dövrdə onlar qidalanmanı dayandırırlar, ölçüləri qısalır və qalınlaşırlar. Pronimfa mərhələsinə çatmamış sürfələr elə acdıkqarı deşiklərdə də qışlayırlar. Puplaşma yazda gedir. Pup mərhələsi 10 gündən artıq çəkmir. Böcəklər yazda kameranı gəmirib uçurlar. Yuxarıdakı səbəblərə görə də uçuş uzun müddət davam edir.

Paleontoloji məlumatlar

[redaktə | mənbəni redaktə et]

1939–40-cı illərdə A.V.Boqaçov tərəfindən Binəqədi qəsəbəsində (Bakı şəhəri yaxınlığında Abşeron yarımadası) qır laylarında bir çox böcək qalıqları tapılmışdır. Bu qalıqlar başqa heyvanların sümükləri ilə birlikdə qır içərisində çox yaxşı saxlanmışdır. Binəqədi qır laylarının yaşı riss-vyurm kimi, yəni buzlaşma dövrünün başlanğıcı da daxil olmaqla vyurma yaxın kimi qiymətləndirilir. Qədim buprestid kolleksiyası 5 növə aid 25 nümunədən ibarətdir. Bu qalıqlar 1946-cı ildə Leninqradda SSRİ EA –nın Zoologiya İnstitutunda A.A.Rixter tərəfindən işlənmişdir. Həmin 5 növ aşağıdakılardır:

  • Julodisfaldermanni M.(4 экз.)
  • Perotislugubris Fabr. (1 экз)
  • Sphenopterabogatshevi sp. (Sphenopteraglabrata) (1экз)
  • Sphenopteramartynovi A.Bogathsev (Sphenopteramniszechi Mars.) (1экз)
  • Sphenopteralapidaria Brulle (18 экз)

Bu 5 növdən 3-ü müasir növlərə yaxındır və 2 növ isə müasir yaxın formalardan fərqlənir[4]

Gövdə ziyanvericilərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar bir qayda olaraq sağlam ağaclara toxunmurlar. Zəifləmiş ağacları, xarici görünüşcə sağlam, ölmüş və ya yeni kəsilmiş, ya da köhnə quru ağaclarda məskunlaşırlar. Gövdə ziyanvericiləri hələ canlı ağaclarda məskunlaşaraq, qabığın altında yollar açaraq dəriciyi, kambi qatını oduncağın canlı hissələrini məhv edərək onun qurumasına səbəb olurlar. Belə həşəratlar quraqlıqdan, su basmasından, yanğından, qaz və ya toz tullantılarından, yarpaq gəmiricilərindən və s. amaillərdən əziyyət cəkən meşələr üçün böyük təhlükə yaradırlar. Zəifləmiş meşələrdə gövdə ziyanvericiləri kütləvi artım ocaqları yaradırlar.Bu bəzi hallarda 2–3 il,bəzi hallarda isə zəifləmiş ağacların ehtiyatı tükənənə qədər, bir çox illər davam edir. Gövdə ziyanvericiləri süni salınmış, rütubətdən əziyyət çəkən meşələr üçün çox təhlükəlidirlər. Böcəklərə ağ, sarı, ağ-sarı, nadir hallarda başqa rəngli çiçəklərdə rast gəlinir.Fəsilənin yalnız fitofaq olan bir çox növləri meşə və kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri kimi maraq doğururlar. Qızıl böcəklər içərisində kollarda yaşayan-tamnobiontlar, həm də ağaclarda yaşayan-dendrobiontlara təsadüf edilir ki, hər iki qrup bir həyat formasında birləşdirilir, belə ki, həm ağacda, həm də kolda yaşayan həşəratların ətraf mühitə uyğunlaşmaları demək olar ki, eynidir. Ağaclarda və kollarda məskunlaşmada yarusların da təsiri vardır (gövdə və budaqların müxtəlif hündürlük zonaları). Bir çox qızılböcəklər -xortobiontdurlar, endo — və ektobiontlar da vardır. Təsərrüfat baxımından bu böcəklər yalnız meşəçilikdə və bağçılıqda əhəmiyyət daşıyırlar. Burada da onların kütləvi artımı nadir hadisədir. Ziyanvurma həddinə görə bu fəsiləni aşağıdakı qruplara ayırırlar: 1) ziyansız növlər — onların sürfələri yalnız məhv olmuş ağaclarda yaşayırlar; 2) nisbətən təhlükəli növlər — sürfələri həyat qabiliyyəti olan ağacların gövdə və budaqlarında yaşayırlar; 3) çox təhlükəli növlər — xüsusilə cavan ağaclarda məskunlaşırlar. Belə qradasiyaya uyğun olaraq fəsilənin potensial təhlükəli bəzi cinslərini səciyyələndirmək olar.

=== Nazikbədən qızıl böcək cinsi ===(Agrilus) sürfələri ağac və kol bitkilərinin gövdələrinin qabığı altında, duncağında, ot bitkilərinin gövdə və köklərində inkişaf edirlər. Bir çox növləri ciddi ziyan vurur. Qalxancığın altından çıxmış sürfə tumurcuğun içərisinə girir, yollar açır və özəyə doğru keçir. Yaşıl nazikbədən qızıl böcək bir çox ağac və kolların yarımcinslərində (qarağat, söyüd, qovaq, fısdıq) inkişaf edərək bir neçə qida formalarına malikdirlər[5]

— sürfə və imaqo mərhələsində cavan meyvə ağaclarına və fidanlarına zərər vurur. Böcəklər cavanqabığı, yarpaqların saplağını, bir çox meyvə ağaclarının, xüsusilə çəyirdəklilərin tumurcuqlarını gəmirirlər. Qara qızılböcəyin kütləvi artdığı vaxtlarda cavan ağacların defolyasiyasına səbəb olur. Ziyanvericinin iqtisadi əhəmiyyəti ən çox Azərbaycanın quraqlıq cənub bölgələrində daha çoxdur. Ziyanvericiyə qarşı mübarizə məqsədilə yumurta qoyma vaxtı suvarma aparırlar ki, bu da qoyulan yumurtaların əksəriyyətinin məhvinə səbəb olur[6]

— böcəklər zəifləmiş, lakin həyat qabiliyyəti olan, 20–80 yaşlı ağacların ilk sakinləri olurlar, çox vaxt meşə-çöl, çol zonalarında yerləşən, əsasən seyrəkləşmiş quru şamlıqlara və sam ağaclarına üstünlük verirlər. Şamlıqlarda, yanğından, təkrarlanan quraqlıqlardan sonra ocaqlar əmələ gətirirlər[7]

Chysobothrius cinsi

[redaktə | mənbəni redaktə et]
— əsasən sürfə mərhələsində ziyan vurur. Zədələnmiş budaqlarda məhsuldarlıq 2 dəfə azalır. Qızıl böcəklərin sayı baxımsız bağlarda çoxdur. Onunla mübarizə məqsədilə çiçəkləmədən 4–5gün sonra qarağatın yoluxmuş budaqlarını kəsinir. Budama nəticəsində sürfələrin 70%-ə qədəri məhv olur. Yayda imaqolara qarşı, böcəklər çıxan vaxt və 3–5 gündən sonra insektisidlərlə iki dəfə dərmanlama aparırlar.

– Sürfələri məhv olmaqda olan iynəyarpaqlı ağacların budaqlarında, imaqoları çiçəklərdə təsadüf olunur[8] Gövdənin içərisində, məsələn küncüt qızıl böcəyin (Астаеоdera ballioni Gangl.) surfəsi yaşayır.

FƏSİLƏ HAQQINDA ÜMUMİ XARAKTERİK MƏLUMAT (MORFOLOGİYASI, BİOEKOLOGİYASI)

[redaktə | mənbəni redaktə et]

Qızıl böcəklər (Buprestidaе) fəsiləsi Coleoptera dəstəsinin ən gözəl fəsilələrindən biridir. Bocəklər böyük deyillər, orta, nadir hallarda iri ölçülü, çox vaxt metal parıltılıdırlar. Onların bədəni uzunsovdur, yığcam və ya silindir şəkillidir, möhkəm çanaqla örtülmüşdür, qanadüstlükləri sonlara doğru daralır. Bığcıqları qısadır, mişarşəkillidir, ayaqları qısadır. Onlar yarpaqlarla ya da bitkinin nazik qabığı ilə qidalanırlar. Çox vaxt kambi qatını zədələləməklə ciddi ziyan vururlar. Böcəklər sutkanın gündüz vaxtlarında fəal olurlar, günəşsevəndirlər, bir qayda olaraq yaxşı uçurlar. Sürfələr ağımtıldırlar, yastıdırlar, uzun və nazik qarıncıqlıdırlar və ön döşləri genişlənmişdir, ayaqları yoxdur. Böyük olmayan tünd baş ön döşə çəkilmişdir. Bədənin belə forması ağacda hərəkət etməyə kömək edir[9] Sürfələr ovulmuş ağac və qabıqla qidalanırlar. İlin ən qızmar günlərində və saatlarında uçurlar. Əsasən ağacların gövdələrində və yarpaqlarında təsadüf edirlər. Təhlükə hiss etdikdə tez uçurlar, ya da bığcıq və ayaqlarını yığaraq yerə düşürlər. Ancaq bitki ilə qidalanan cücülərdir. Dişilər yumurtalarını ağacların qabığına qoyurlar. Bütünlükdə inkişafları 2 və hətta 3 il çəkir. Qızıl böcəklərin əksəriyyəti çox fəaldırlar, onlardan bəziləri uzunbığlar və qabıqyeyənlərdən daha tez nisbətən sağlam ağaclara hücum edirlər, onlarda məskunlaşırlar. Çoxalmaq üçün onlar seyrək, yaxşı qızdırılan, kserofil şəraitdə yetişən, ilk növbədə talaları seçirlər.

Qızıl böcəklər içərisində ağacları məhv edən tipik nümayəndələr nisbətən azdırlar, belə ki, təhlükəli növlərin çoxu qabığın altında yaşayır və oduncağı zədələmirlər və ya çox da dərin olmayan yollar açırlar ki, bununla da mişar materiallarının çıxışını cüzi azaldırlar və ağacların dağılma prosesini gücləndirirlər və bununla da göbələk infeksiyasının qarşısını alırlar[10] Bir çox qızıl böcək növləri üçün müəyyən ağac və ya kol bitkisinə uyğunlaşma səciyyəvidir. Bütün qizil böcəklər ağac və ya kol bitkiləri ilə əlaqədar deyillər. Fəsilədə elə növlər vardır ki, onlarin sürfələri otların köklərində yaxud torpağın qatlarında yaşayırlar. Sonuncu qrupa uzunluqları bir neçə santimetrə çatan gözəl torpaq yulodiləri (Julodis) aiddirlər. Onlar Azərbaycanda nadir deyillər. Onların çox qabarıq bədənləri ağ və sarı ləkə və zolaqlarla bəzənmişdir. Onların sürfələri torpaqda yollar açaraq, bitkilərin kökləri ilə qidalanan enli kürəkşəkilli çənələrə malikdirlər. Növlərin çoxu geniş polifaqdır, lakin kəskin bir bitkiyə uyğunlaşanlar da vardır.

Fəsilənin Azərbaycan faunası (növ tərkibi, areal)

[redaktə | mənbəni redaktə et]

2002-ci ildən başlayaraq qızıl böcəklərin faunasının öyrənilməsinə başlanılmış məlum 6 yarımfəsilədən 5-nə aid olan 43 növün nümayəndələri tərəfimizdən qeyd edilir, aşağıda Azərbaycanın müxtəlif regionlarından (Bakı, Abşeron, Quba-Xaçmaz, Saatlı, İsmayıllı, Şəki, Naxçıvan, Lənkəran) tədqiqat müddətində toplanan qızıl böcəklərin növlərinin müasir sistematikaya əsasən siyahısı verilir[11] BUPRESTIDAE Leach, 1815 Yarımfəsilə Julodinae Lacordaire, 1857 Cins Julodis Eschscholtz, 1829 andreae andreae (Olivier, 1790) variolaris variolaris (Pallas, 1771) Yarımfəsilə Polycestinae Lacordaire, 1857 triba Acmaeoderini Kerremans, 1893 cins Acmaeoderella Cobos, 1955 yarımcins Carininota Volkovitsh, 1979 flavofasciata flavofasciata (Piller & Mitterpacher, 1783) flavofasciata albifrons (Abeille de Perrin, 1891) yarımcins Acmaeoderella Cobos, 1955 oresitropha (Obenberger, 1924) villosula Steven, 1830 yarımcins Euacmaeoderella Volkovitsh, 1979 vetusta (Ménétriés, 1832) Yarımfəsilə Chrysochroinae Laporte, 1835 triba Dicercini Gistel, 1848 cins Perotis Dejean, 1833 lugubris longicollis Kraatz, 1880 cins Dicerca Eschscholtz, 1829 scabida Marseul, 1865 fritillum Ménétriés, 1832 cins Capnodis Eschscholtz, 1829. tenebricosa tenebricosa (Olivier, 1790) tenebrionis (Linnaeus, 1761) miliaris miliaris (Klug, 1829) cins Cyphosoma tataricum Pallas, 1771 triba Sphenopterini Lacordaire, 1857 cins Sphenoptera Dejean, 1833 yarımcins Sphenoptera Dejean, 1833 antiqua antiqua (Illiger, 1803) lapidaria (Brullé, 1832) yarımcins Deudora Jakovlev, 1898 sculpticollis Heyden, 1886 yarımcins Chrysoblemma Jakovlev, 1889 scovitzii scovitzii Faldermann, 1835 sancta Reitter, 1890

  • orichalcea (Pallas, 1781)

artemisiae Reitter, 1889 Yarımfəsilə Buprestinae Leach, 1815 triba Anthaxiini Gory & Laporte, 1837 cins Cratomerus Solier, 1833 yarımcins bgenus Cratomerus Solier, 1833 hungaricus sitta (Küster, 1852) sponsa (Kiesenwetter, 1857) diadema shelkovnikovi Obenberger, 1940 mirabilis (Zhikharev, 1918) cins Anthaxia Eschscholtz, 1829 yarımcins Haplanthaxia Reitter, 1911 cichorii (Olivier, 1790) yarımcins Euanthaxia Richter 1949 signaticollis Krynicki, 1832 (Pal. Cat.: Anthaxias. str.) anatolica anatolica Chevrolat, 1838 yarımcins Cyclanthaxia Richter 1949 plicata vinogradovi Obenberger, 1938 ephippiata L. Redtenbacher, 1850 salicis salicis (Fabricius, 1777) yarımcins Anthaxia Eschscholtz, 1829) bicolorbicolor Faldermann, 1835 podolica lucniki Richter, 1949 muliebris Obenberger, 1918 yarımcins Callanthaxia Richter 1949 passerini (Pecchioli, 1837) yarımcins Melanthaxia Richter, 1949 nigrojubata nigrojubata Roubal, 1913 triba Chrysobothrini Gory & Laporte, 1938 cins Chrysobothris Eschscholtz, 1829 yarımcins Chrysobothris Eschscholtz, 1829 affinis tetragramma (Ménétriés, 1832) Yarımfəsilə Agrilinae Laporte, 1835 triba Coraebini Bedel, 1921 yarımtriba Coraebina Bedel, 1921 cins Coraebus Gory & Laporte, 1839 elatus elatus (Fabricius, 1787) rubi (Linnaeus, 1767) yarımtriba Meliboeina Majer, 2000 cins Meliboeus Deyrolle, 1864 yarımcins Meliboeoides Théry, 1942 parvulus parvulus (Küster, 1852) robustus (Küster, 1852) triba Agrilini Laporte, 1835 yarımtriba Agrilina Laporte, 1835 cins Agrilus Curtis, 1825 yarımcins Agrilus Curtis, 1825 cuprescens cuprescens (Ménétriés, 1832)

  • lineola shamyl Obenberger, 1922

Fəsilənin öyrənilməsi üzrə aparılmış tədqiqatlar, müəliflər (xronoloji ardıcillıqda)

[redaktə | mənbəni redaktə et]

Qızıl böcəklər Azərbaycanda ilk dəfə rus entomoloqu E.Menetrie (1832) tərəfindən tətqiq edilmişdir. Kütləvi toplamalar keçən əsrin əvvəlləində M.A.Vinovski, A.V.Boqaçov və b. tərəfindən aparılmışdır. A.V.Boqaçov Azərbaycan üçün 80 növ qızıl böcək göstərmişdir[12] N.Q.Səmədovun monoqrafiyasında[13]Azərbaycanda məlum olan 171 növdən 26-sı taxıl bitkilərinin təhlükəli ziyanvericisi kimi göstərilir. Keçən əsrin 70–80-ci illərində qızıl böcəkləri toplayan M.Q.Volkoviçin (2006) işlərində Azərbaycan üçün 150 növ göstərilmişdir. Çoxillik tədqiqatlara baxmayaraq Azərbaycanda qızıl böcəklərin öyrənilməsi hələ başa çatmayıb. Bəzi növlər yalnız təsvirlə məlumdurlar. Hazırda ən dəqiq üsul olan sürfələrə görə təyinat aparılmayıb.

Azərbaycan MEA Zoologiya institutunun kolleksiya fondunda qızıl böcəklər əsas yerlərdən birini tuturlar və burada 19-cu əsrin 80-ci illərində toplanmış nüsxələr vardır.

Balkan yarımadası, Ukraynanın cənubu, Krım, Krasnodar, Qara dəniz sahili bölgələri, Cənubi Qafqaz, Türkmənistan, Türkiyə, Krit, və s. ərazilərdə geniş yayılmışdır.

Anthaxia bicolor

Fəsilənin dünya üzrə kəmiyyət və keyfiyyə göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Dünyada Qızıl böcəklər fəsiləsinin 15 min, keçmiş SSRİ-də əsasən cənub rayonlarında 500-ə qədər növü məlumdur. Qızıl böcəklər (tropik ölkələrdə 80%-ə qədər ) geniş yayılmışlar[14]

  1. Integrated Taxonomic Information System (ing.). 2008.
  2. Bouchard P., Bousquet Y., Davies A. E., Alonso-Zarazaga M. A., Lawrence J. F., Newton A. F., Reid C. A. M., Slipiński S. A., Smith A. B. T. Family-group names in Coleoptera (Insecta) (ing.). // ZooKeys / T. L. Erwin Sofia: Pensoft Publishers, 2011. Vol. 88, Iss. 88. P. 1–972. ISSN 1313-2989; 1313-2970 doi:10.3897/ZOOKEYS.88.807 PMID:21594053
  3. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004
  4. (Рихтер А.А., 1947)
  5. (Э.А.Гусейнова, Б.А.Ахмедов, 2011).
  6. (Гусейнова Э.А., 2011).
  7. (Гусейнова Э.А., 2010).
  8. (Гусейнова Э.А, 2014).
  9. (Рихтер А.А.,1952; www.zin.ru/Animalia/Coleoptera/).
  10. (Шевырев И.).
  11. (Гусейнова Э.А. 2015; Huseynova E., 2013).
  12. (Богачев А.В., 1956).
  13. (Səmədov N.Q., 1963)
  14. (Шевырев И).
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]