Butanol-1 | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C4H9OH |
Molyar kütlə | 74,12 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0.81 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | - 90,2 °S |
Qaynama nöqtəsi | 117,4 °S |
Öz-özünə yanma temperaturu | 345 °C |
Buxarın təzyiqi | 6 ± 1 mm Hg[1] |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 16 |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,399 |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 71-36-3 |
PubChem | 263 |
RTECS | EO1400000 |
ChEBI | 28885 |
BMT nömrəsi | 1120 |
ChemSpider | 258 |
Butanol-1 – (n-butanol, n-butil spirti) C4H9OH – biratomlu spirtlərin nümayəndəsidir.
Rəngsiz, özlü, sivuş yağının xarakter iyini verən mayedir. Üzvi həlledicilərlə qarışır. Metanol, etanoldan və propanoldan fərqli olaraq suda nisbətən həll olur – 100 q suda 7,6 q butanol. Su ilə 55,5% (kütlə) butanol 92,4oC-də qaynayan azeotrop qarışıq əmələ gətirir..
Sənayedə butanol aşağıdakı üsullarla alınır:
Butanolun istehsalına XX əsrin 10-cu illərində Clostridium acetobutylicum bakteiyasının iştirakı ilə başlanılmışdır. Istehsal üçün xammal kimi şəkər qamışı, şəkər çuğunduru, qarğıdalı, buğda, manioka (tropik bitki), sonralar isə sellülozadan istifadə olunmuşdur. 50-ci illərdən neftin qiyməti düşdükdən sonra neft məhsullarından alınmağa başlandı. Amerikada hər gün 1,39 mlrd litr butanol istehsal olunur.
Laboratoriyada butanolun bir necə təmizlənmə üsulu var:
Butanolu tətbiq edirlər:
Ənənəvi yanacaqlara qarışdırmaq olar, lakin məcburi deyil. Butanolun enerjisi benzinin enerjisinə yaxındır.Butanol yanacaq elementi olan hidrogenin istehsalında xammal kimi istifadə olunur. 2007- ci ildə Böyük Britaniyada biobutanolun benzinə əlavə kimi satışına başlanıldı.
Butanolun zəhərliliyi o qədər çox deyil ( LD50 = 2290-4360mq/kq təşkil edir). Ancaq aşağı spirtlərdən yüksəkdir. Daxilə qəbul olunmasının effekti etanolun qəbul olunması ilə eynidir. Butanol az miqdarda müxtəlif alkoqollu içkilərin tərkibində var. Bəzən texniki mayelərdən alınan butanol suraqat alkoqollu içkilər kimi istifadə olunur. Havada qatılığı 0,01% olduqda orqanizmə təsir etmir, lakin qatılıq 0,02% olduqda gözün buynuz qişasının iltihabına səbəb olur. Havada buraxıla bilən qatılıq həddi (BQH) 1,7-12%