Buz Kralı (həmçinin Saymon Petrikov kimi bilinir) — "Macəra zamanı" cizgi serialındakı personajlardan biri. Tom Kenni tərəfindən səsləndirilmişdir.
Başlanğıcda personaj həmişə şahzadələri ələ keçirməyə çalışan pisniyyətli bir sehrbaz kimi təqdim edildi. Növbəti mövsümlərdə məlum oldu ki, onun bu cür şeylər etməsinin səbəbi ona buz güclər qazandıran başına taxtığı tacdır. Üçüncü mövsümdə onun bir vaxtlar Saymon Petrikov adlı normal insan olduğu və tac taxdıqdan sonra dəli olduğu üzə çıxır.[1][2][3][4][5][6][7][8]