Buzlu vedrə əzabı

Fəaliyyətin həyata keçirilməsi

Buzlu vedrə əzabı (ing. Ice Bucket Challenge) — 2014-cü ilin yayında məşhurlaşan bir fəaliyyət.

Bu fəaliyyətinin qaydasına görə iştirakçılar ya başlarına bir vedrə soyuq su tökməli, ya da ABŞ-nin ALS Assosiyasına xeyriyyə məqsədilə pul ödəməlidirlər. Bu fəaliyyət Şimal yarımkürəsində sosial medyada məşhurlaşıb.[1][2]

Məşhurlaşması

[redaktə | mənbəni redaktə et]
Mövzu mətni
Mövzu mətni

"Ice Bucket Challenge" kampaniyasına, yəni Buzlu su kampaniyasına görə, ya ALS üçün yardım edəcəksəniz, ya da buz dolu bir vedrə suyu başınızdan aşağı tökəcəksiniz. Bütün dünyada 2014-cü ilində həm yardım edib, həm də məlumatlandırmaq məqsədi ilə başlarından aşağı buzla dolu 1 vedrə su tökürlər. Fəaliyyətə qoşulan adam seçdiyi 3 adama meydan oxuyur və eynisini ondan istəyir. Meydan oxunan kişi 24 saat içində eynisini bir başqasına edir. Mark Zukerberq, Bill Geyts, Lady Gaga, Kriştiano Ronaldo, Beyonce , Jennifer Lopez kimi dünyaca məşhur insanlar kampanyaya böyük dəstək verdi.

Türkiyədə isə ilk dəstək Nevzat Aydından gəldi. Aydın Arda Turan, Ali Sabancı ve Burcu Esmersoya meydan oxuyandan dərhal sonra , bu dəfə Arda Turan eyni şeyi etdi. ALS-nin Türkiyədə ilk bəlli olması futbolçu Sedat ilə ortaya çıxdığına görə, xüsusən futbolçuların bu kampanyaya dəstək verməsi gözlənilirdi.

border=none Əsas məqalə: Amyotrofik lateral skleroz

ALS, yəni Amyotrofik Lateral Skleroz mərkəzi sinir sistemində moto neyron yəni sinir hücreyrələri itkisi səbəbi ilə yaranan bir xəstəlikdir. Məşhur fizik-nəzəriyyəçi Stiven Hokinq də bu xəstəliyə sahibdir.

Bu xəstəliyin zehni funksiyalara və yaddaşa təsiri yoxdur, amma sinir əlaqəsi pozuqluğundan səbəb əzələ əriməsinə və əzələlərin gücsüzləşməsinə səbəb olur. Ümumiyyətlə, 40–50 yaşlarda görülməyə başlayan xəstəlik 100.000 insanda 1 görülən nadir bir xəstəlik növüdür. Əvvəlcə udqunma çətinliyi ilə başlayaraq bədənə yayılan xəstəlik , tənəffüs çatışmazlığına da səbəb ola bilər.[3]

Buzlu su kampaniyası fəaliyyəti bir çox tərəflərdən tənqid edilmişdir. Xeyriyyəçilik üçün pulun yerinə, özünü promotsiya eləmək mənasız fəaliyyət kimi tənqid edilmişdir.[4]

Tənqid su qıtlığından əziyyət çəkən yerləri laqeyd qoyulmasına yönəlmişdir.[5] İçməli su qıtlığına görə yaranmış infeksiyalar və əlverişsiz sanitar-gigiyenik şərait səbəbindən hər gün dünyada 1,4 min uşaq dünyasını dəyişir.[6]

  1. Lost Coast Of New Zealand. "Charities benefit from viral ice challenge - National News". TVNZ. 2014-07-09. 2014-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-17.
  2. "News". Cancer Society Auckland. 2015-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-17.
  3. "ALS nədir". 2014-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-22.
  4. Foxton, Willard. "The Ice Bucket Challenge – a middle-class wet-T-shirt contest for armchair clicktivists". Blogs.telegraph.co.uk. March 26, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 23, 2014.
  5. Klimas, Liz. "Someone Actually Calculated How Much Water Has Been Used for All Those 'Ice Bucket Challenges' — and It's a Lot More Than You Probably Thought". TheBlaze. August 19, 2014. August 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 23, 2014.
  6. "UNICEF: İçməli su qıtlığından hər gün 1,4 min uşaq ölür". az.trend.az (Azerbaijani). 26 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]