Buğumlu qaraşәngi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Buğumlu qaraşәngi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Buğumlu qaraşәngi (lat. Scrophularia nodosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü.
Hündürlüyü 50-100 sm, gövdəsi düz, sivri dörd tinli olan çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kök yumrusu şəklində qalınlaşmışdır. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qanadsız qısa saplaqlıdır, uzunsov-yumurtaşəkilli və ya uzanmış-uzunsov formadan, yumurtaşəkilli-neştərvari formaya qədər dəyişmiş, sivridir, qaidə hissəsində qısa pazşəkilli, dəyirmi və ya az ürəkşəkillidir, kənarları mişarvaridir, qaidəsində daha dərin və çox vaxt ikiqat mişarlıdir; aşağı yarpaqları küt, yuxarı yarpaqları sivridir. Çiçək qrupu uzunsov və ya uzanmış uzunsov olub, qısa saplaqda yerləşmiş boş az çiçəkli yarımçətirlərdən ibarətdir; çiçək qrupunun saplağı qısa vəziciklidir. Tac 5-7 mm uzunluqdadır, qonur-qırmızı rənglidir, yaşılımtıl borucuğu vardır; üst dodaq alt dodaqdan uzundur. Qutucuğun uzunluğu 5-8 mm olub, şarşəkilli-yumurtaşəkillidir, sivridir, kasacıqdan 3-4 dəfə uzundur. May-iyul (avqust) aylarında çiçəkləyir, iyun-sentyabr aylarında meyvə verir.
BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Ovalıqda və aşağı dağ qurşağında, nadir halda orta dağ qurşağında.
Meşənin rütubətli yerlərində rast gəlinir.