"Bésame Mucho" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1940 |
Janr | Boleros |
Dil | İspanca |
Bəstəkar | Konsuelo Veláskes |
Bésame Mucho (azərb. "Məni çox öp") — Meksikalı qadın pianoçu, bəstəkar Konsuelo Velaskesin 1940-ci ildə Kuba bolerosu janrında bəstələdiyi mahnı. XX əsrin ən məhşur mahnılarından biri. Mahnının müxtəlif janrlarda, müxtəlif dillərə tərcümədə, müxtəlif ifaçıların ifasında yüzlərlə instrumental versiyası mövcuddur.
Konsuelo Velaskesin yazdığına görə mahnını bəstələyərkən 25 yaşı olub və həmin vaxta kimi heçkimlə öpüşməyib.[1]
Velázquez Besame Muchonu ispan bəstəkar Enrique Granados tərəfindən 1916-cı ildə yazılmış Goyescas operasının "Quejas, o la Maja y el Ruiseñor" (Şikayətlər və ya gənc qız ilə bülbül) ariyasından təsirlənib yazdığını da qeyd edir.[2]
İspanca | Azərbaycanca | |
Besame, besame mucho | Öp məni, məni çox öp, | |
Comosi fuera esta noche la ultima vez | Bu gecə, sanki son gecəymiş kimi. | |
Besame, besame mucho, | Öp məni, məni çox öp, | |
Que tengo miedo pederte, | Səni itirməkdən qorxuram, | |
perderte otra vez | Səni yenidən itirməkdən. | |
Quiero tenerte muy cerca | Mənə yaxın olmağını, | |
mirarme en tus ojos | Gözlərinə baxmaq, | |
verte junto a mi | Səni yanımda görmək istəyirəm. | |
Piensa que tal vez mañana | Düşün, bəlkə sabah | |
yo ya estare lejos | Çox uzaqlarda olacam, | |
muy lejos de ti. | Səndən çox uzaqlarda | |
Besame, besame mucho, | Öp məni, məni çox öp, | |
Como si fuera esta noche la última vez | Bu gecə sanki son gecəymiş kimi. | |
Besame, besame mucho, | Öp məni, məni çox öp. | |
Que tengo miedo pederte, | Səni itirməkdən qorxuram, | |
perderte despues | İtirməkdən səni. |