Bu məqaləni vikiləşdirmək lazımdır. |
Böyrək daşı xəstəliyi | |
---|---|
XBT-10-KM | N21.9, N21 |
XBT-9-KM | 594[1][2], 594.9[1][2], 594.8[2] |
DiseasesDB | 31859 |
MeSH | D052878 |
Vikianbarda əlaqəli mediafayllar |
Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Böyrəkdaşı xəstəliyi (BDX) – maddələr mübadiləsinin müxtəlif endogen və/və ya ekzogen səbəblərdən pozulması xəstəliyidir. Bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.
Epidemiologiya Uroloji xəstəliklər arasında BDX rastgəlmə tezliyinə görə yalnız iltihabi-infeksion xəstəliklərdən geri qalır. BDX istənilən yaşda üzə çıxa bilər, lakin bu xəstəliyin 30–35 yaş arası olan insanlarda daha çox təsadüf edilməsi müşahidə edilir. BDX geniş yayılmış xəstəlikdir və hazırda dünyanın bir çox ölkələrində xəstələnmə artımı tendensiyası qeydə alınıb. Kişilər bu xəstəliyə qadınlardan 3 dəfə çox düçar olurlar. Azərbaycanın müəyyən bölgələrində (Gəncə, Şəki, Lənkəran) bu xəstəliyə xüsusilə tez-tez rast gəlinir və o, endemik xarakter daşıyır.
► Sidik yollarının (böyrəklər, sidik axarları, sidik kisəsi və uretra) anomaliyaları.
► Urodinamikanın bütün səviyyələrdə və təzahürlərdə pozuntuları.
► İrsi meyillilik.
► Hiperparatireoz, böyrək kanalcığı asidozu (tam/qismən), yeyunoileal anastomoz, Kron xəstəliyi, nazik bağırsağın rezeksiyası, malabsorbsiya sindromu, sarkoidoz, hipertireoz, sidik yollarının iltihabi xəstəlikləri.
► Daş yaranmasına şərait yaradan dərman vasitələri: kalsium əlavələri, tərkibində vitamin D olan əlavələr, böyük dozalarda (gündə 4 qr çox) askorbin turşusu, sulfanilamidlər, triamteren, indinavir.[3]
— Bel nahiyəsində olan ağrılar. Bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli) olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı tutmasından (sancısından) sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər. — Böyrək sancısı. Bu zaman bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir. — Sidik ifrazının tezləşməsi və ağrılı olması. Belə ağrılar – daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da sidik ifrazı birdən kəsilə bilər. Bu "tıxanma" sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir. — Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər. — Sidiyin bulanması. — Arterial təzyiqin yüksəlməsi. — Bədən temperaturunun 38–40 °C-yədək yüksəlməsi — proses pielonefritin qoşulması üçün xarakterikdir; BÖYRƏKDAŞI XƏSTƏLİYİNİN
BDX zamanı böyrək sancılarının diferensial diaqnostikası bu xəstəliklərlə aparıla bilər:
Müalicənin məqsədləri
► Daşların çıxarılması yolu ilə urodinamikanın bərpa olunması.
► Əhval-ruhiyyənin yaxşılaşması və əmək qabiliyyətinin bərpası.
► Xəstəliyin ağırlaşmalarının profilaktikası.
► Daşəmələgəlmə residivlərinin profilaktikası.
Xəstəxanaya yerləşdirmək üçün göstərişlər:
► Ambulator şəraitdə aparılması mümkün olmayan əlavə müayinənin vacibliyi
► Ambulator müalicənin effektiv olmaması
► Operativ müalicəyə göstərişlər
► Xəstəliyin residivləri və ya ağırlaşmaların yaranması.
BDX konservativ terapiyasına daxildir:
1. Farmakoterapiya
2. Dietoterapiya
3. Fizioterapiya – remissiya fazasında, latent gediş zamanı
4. Kurort-sanatoriya müalicəsi
5. Fitoterapiya