Böyük Bahama | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 27 km |
Hündür nöqtəsi | 5 m[1] |
Əhalisi |
|
Yerləşməsi | |
26°39′ şm. e. 78°19′ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Bahama[2] (ing. Grand Bahama) — Baham adalarının ən şimal adalarından biri. Florida sahillərindən cəmi 90 kilometr (56 mil) məsafədə yerləşən Böyük Bahama ABŞ-yə yaxın ən böyük adadır. Sahəsi 1373 km2, əhalisi — 51,756 nəfərdir.[3]
Adanın bilinən ən qədim sakinləri daş dövrünə aid ovçu-yığıcı siboneylərdir. Onlardan dekorativ qabıqlar və ya zərgərlik kimi artefaktlardan başqa çox az şey qalmışdır. Bu ibtidai xalq öz yerini Cənubi Amerikadan olan aravaklara vermişdir. Onlar Karib dənizinin çox hissəsində məskunlaşmışdılar. Güman edilir ki, Böyük Bahama adasındakı aravak icmaları lukayanlar adı ilə tanınmağa başlamışdır. Hesablamalara görə, 1492-ci ildə İspaniya konkistadorlarının Böyük Bahamaya gəlişi zamanı burada təqribən 4 min nəfər var idi. Qısa müddət sonra buradakı lukayan icması Avropadan gələn xəstəliklərinin yayılması, avropalılar tərəfindən həyata keçirilən kütləvi qırğınlar və köləlik səbəbilə tamamilə yox olmuşdur. Buna görə, onların mədəniyyətləri haqqında çox şey bilinmir.