Birləşmiş Krallıqda hakim din xristianlığın müxtəlif formalarıdır. Dövlət siyahıya almasının nəticələrinə görə, iyirminci əsrin ortalarındandan bəri kilsəyə müntəzəm olaraq gələnlərin sayında kəskin azalmaya və immiqrasiya və demoqrafik dəyişikliklər nəticəsində başqa dinlərə sitayiş edənlərin sayının artmasına baxmayaraq, vətədaşların əksəriyyəti xristiandır.
Britaniyada Romalılardan əvvəlki din formalarına əcdad məzhəbləri və bütpərəstliyin müxtəlif formaları daxil idi. Belə dinlərin təfsilatları haqqında az məlumat var. Keşişlər druidlər kimi tanınır. Xristianlığın formaları 1400 il boyunca Birləşmiş Krallığın dini həyatında üstünlük təşkil etmişdir. Xristianlığı İngiltərə, Uels və Cənubi Şotlandiyaya Romalılar gətirmişdirlər və beşinci əsrdə bütpərəst anqlosakson basqınlarından sonra, Roma katolik və kelt missionerlər xristianlığı Böyük Britaniyanın və İrlandiyanın bütün ərazilərinə yenidən tanıtmışdırlar. Roma katolisizmi Orta əsrlər boyu xristianlığın hakim forması olaraq qalırdı, lakin ingilis (anqlikan) kilsəsi 1534-cü ildə protestant ingilis reformasiyasının bir hissəsi kimi İngiltərədə və Uelsdə müstəqil rəsmi kilsə oldu. Şotlandiyada, on altıncı əsrdə şotland reformasiyasında qurulan, Şotlandiyanın presviterian kilsəsi dövlət kilsəsi kimi tanınır. O dövlət nəzarətinə tabe deyildir və “protestant dinini və presviterian kilsə hökumətini” qorumağa və müdafiə etməyə and içmiş Britaniya monarxı adi üzvdür. Roma katolisizminə inam Britaniyanın müxtəlif hissələrində, ən çox isə İrlandiyada, müxtəlif səviyyələrdə davam etmişdir. Xüsusilə on yeddinci əsrin ortalarından, protestantlığa ibadət etməmənin formaları: Konqreqationalistlər, baptistlər, kvakerlər və sonralar metodistlər rəsmi kilsədən kənar inkişaf etməyə başladı. Uelsdə anqlikan kilsəsi 1920-ci ildə dövlətdən ayrıldı, İrlandiyada isə anqlikan irland kilsəsi İrlandiyanın parçalamasından əvvəl, 1870-ci ildə dövlətdən ayrılmışdı, Şimali İrlandiyada heç bir rəsmi kilsə yoxdur. Xüsusilə, 20-ci əsrdən sonra immiqrasiya və demoqrafik dəyişikliklər islam, induizm, neo-bütpərəstlik, sihizm, iudaizm, buddizm və s. daxil olmaqla başqa inancların yayılmasına öz töhfəsini vermişdir.
Birləşmiş Krallıq vətəndaşlarının dini mənsubiyyətləri müntəzəm sorğular vasitəsi ilə siyahıya alınır, mövcud olan dörd əsas sorğu bunlardır: Birləşmiş Krallıq siyahıya alması, İşçi qüvvəsi sorğusu, Britaniya sosial münasibətlər sorğusu və Avropa sosial sorğusu. Bu sorğularda soruşulan müxtəlif suallar müxtəlif nəticələri vermişdi:
Britaniya sosial münasibətlər sorğusu və Avropa sosial sorğusu yetkin şəxslərlə sorğu aparır. Bundan fərqli olaraq, Birləşmiş Krallıq siyahıya alması və İşçi qüvvəsi sorğusu ailə sorğularıdır. Uşaqlar da daxil olmaqla ailənin hər bir üzvünün adından, anket sorğusunu həyata keçirilir. 2010-cu ildə İşçi qüvvəsi sorğusu bildirdi ki, dörd yaşına qədər olan uşaqların 54 faizi, 5-9 yaş aralarında olan uşaqların 59 faizdən çoxu, 10 və 14 yaş aralarında olan uşaqların 65 faizi xristiandır. 2011-ci il siyahıya almasında, xristianlıq respondentlərin 59,5 faizi tərəfindən seçilən ən geniş yayılmış dini mənsubiyyət olmuşdu. Xristian olduğunu bildirənlərin say göstəriciləri, 2007-ci ildə keçirilən “Tierfand” sorğusunda 53 faiz, 2009-cu ildə keçirilən Britaniya sosial münasibətlər sorğusunda 42,9 faiz və 2009-cu ilin aprelində nəşr edilən və Avropa Birliyinin maliyyələşdirdiyi Avropa sosial sorğusunda 42,98 faizdir. Ceri Piçin hesablamalarına görə, xristianların 62 faizi anqlikan, 13,5 faizi katolik, 6 faizi presviterian və 3,4 faizi metodistdir. 2009-cu ildə keçirilən və Şimali İrlandiya istisna olmaqla bütün Böyük Britaniyanı əhatə edən Britaniya sosial münasibətlər sorğusu göstərdi ki, 50 faizdən çox insan özünü tamamilə dinsiz, 19,9 faiz anqlikan, 9,3 faiz qeyri-sektant xristian, 8,6 faiz katolik, 2,2 faiz presviterian, 1,3 faiz metodist, 0,53 faiz baptist, 1,17 faiz protestant, 0,03 faiz qardaşlıqlar, 0,06 faiz azad presviterian hesab edir. Xristianlıqdan başqa dinlər: İslam, induizm, sihizm və iudaizm Birləşmiş Krallıqda birlik qurmuşdurlar.
Birləşmiş Krallıq 1707-də müstəqil dövlətlərin ittifaqı tərəfindən formalaşdırılılmışdır və nəticə etibarı ilə, əksər ən böyük dini qrupların Böyük Britaniya səviyyəsində geniş təşkilati strukturları yoxdur. Bəzi qruplar Birləşmiş Krallığın ayrı ölkələri üçün ayrı strukturlara malik olduğu halda, digərlərinin İngiltərəni və Uelsi əhatə edən tək strukturu ola bilər. Oxşar şəkildə, Şimali İrlandiya 1921-ci ildə yaradıldığına görə, Şimali İrlandiyada əksər əsas dini qruplar ümumirlandiya əsasında təşkil edilmişdir.
İngiltərədə ingilis kilsəsi rəsmi kilsədir. O, həmçinin beynəlxalq anqlikan birliyinin ana kilsəsidir. Şotland yepiskopal (yepiskoplar tərəfindən idarə olunan) kilsəsi 1690-cı ildə Şotlandiyada presviterianizmin təsis edilməsindən bəri anqlikan icmasının bir hissəsidir. 1920-ci illərdə Uelsdə kilsə ingilis kilsəsindən ayrıldı, lakin anqlikan icmasında hələ də qalır.
Roma katolik kilsəsi İngiltərə və Uels üçün ayrı, Şotlandiya və İrlandiya üçün isə ayrı dövlət qrumlarına malikdir, bu da o deməkdir ki, Birləşmiş Krallıqda Roma katolisizmi üçün heç bir vahid iyerarxiya yoxdur. İngiltərədə və Uelsdə Roma katolik kilsəsi təxminən beş milyon üzv ilə böyüklüyünə görə ikinci ən böyük xristian kilsəsidir. Lakin Böyük Britaniyada yeganə apostol dini elçi var. Hal-hazırda isə arxiyepiskop Antonio Mennini apostol dini elçidir. Roma katolik kilsəsi əhalinin altıda birini əhatə etməklə Şotlandiyada böyüklüyünə görə ikinci ən böyük xristian kilsəsidir. Bütün İrlandiyanın (həm Şimali İrlandiya və həm də İrlandiya Respublikası) apostol dini elçisi Cüzeppe Leanzadır. Birləşmiş Krallıqda şərqi Rayt katoliklərinə onların öz ruhaniləri xidmət edir və Roma katolik yeparxiyalarına mənsub deyillər, lakin hələ də Roma yepiskopu ilə tam əlaqədədirlər.
Şotlandiyada Şotlandiya kilsəsi (şotland dilində qeyri-rəsmi olaraq "Kirk" kimi tanınır), dövlət kilsəsi kimi qəbul edilmişdir. Xüsusilə 19-cu əsrdə, Şotlandiya kilsəsində parçalanmalar, Şotland kilsəsinin qanuni davamçısı olduğunu iddia edən və 1843-cü ildə əsası qoyulan Azad şotland kilsəsi daxil olmaqla, müxtəlif presviterian kilsələrin yaradılması ilə nəticələndi. Şotlandiyanın Azad presviterian kilsəsi 1893-cü ildə, azad kilsəni kakimiyyətinin zəifləməsini səbəbindən tərk edən və şotland reformasiyanın mənəvi varisi olduğunu iddia edən bir neçə şəxs tərəfindən yaradılmışdı. İngiltərə və Uelsin yevangelist presviterian kilsəsi 1980-ci ilin sonlarında yaradıldı və 1996-cı ildə presviterian olduğunu elan etdi. Şimali İrlandiya presviterian kilsəsi İrlandiyada ən böyük protestant məzhəbidir və böyüklüyünə görə ikinci ən böyük kilsədir. Olster azad presviterian kilsəsinin əsası ruhani və siyasətçi Yan Peysli tərəfindən 17 Mart 1951-ci ildə qoyulmuşdur. Şimali İrlandiyada təxminən 60 azad presviterian kilsəsi var. Uels presviterian kilsəsi 1811-ci ildə ingilis kilsəsindən ayrıldı və 1823-cü ildə formal olaraq, özünü müstəqil kilsə orqanı elan etdi.
Metodist hərəkətının mənşəyi 18-ci əsrdə baş verən yevangelist dirçəlişinə dayanır. Böyük Britaniya, Normand adaları, Men adası və Maltada konqreqasiyalara malik olan metodist kilsə təxminən 290000 üzvə malikdir. İrland metodist kilsəsi dördüncü ən böyük məzhəbi olan Şimali İrlandiya daxil olmaqla bütün İrlandiya adasını əhatə edir. Britaniyadakı başqa metodist məzhəblərə daxildir: Xilasedici ordu, 1865-ci ildə əsası qoyulan Azad metodist kilsəsi və Nazaryen kilsəsi. Böyük Britaniyanın baptist ittifaqı daşıdığı ada baxmayaraq, yalnız İngiltərəni və Uelsi əhatə edir. Şotlandiyada ayrıca baptist ittifaqı, İrlandiyada isə baptist kilsələrinin assosiasiyası var.
Rus pravoslav kilsəsi: Suroj yeparxiyası Böyük Britaniyanı və İrlandiyanı əhatə edir. Rus pravoslav kilsəsi həmçinin Rusiyanın xaricində Böyük Britaniyanı və İrlandiyanı əhatə edən yeparxiyaya malikdir. Antioxanın yunan ortodoksal kilsəsi 15 dairəyə və Birləşmiş Krallıq və İrlandiya çərçivəsində 7 elçiliyə malikdir. Serb ortodoksal kilsəsi: Britaniyanın və Skandinaviyanın yeparxiyaları, Birləşmiş Krallıqda doqquz dairəyə və Dublində və Maltada elçiliklərə malikdir. İskəndəriyyənin Kopt ortodoksal kilsəsi Birləşmiş Krallıqda iki regional yeparxiyaya malikdir: Nyu-kaslın yepiskopu Entonisinin rəhbərlik etdiyi İrlandiya, Şotlandiya, Şimal-şərqi İngiltərə yeparxiyası və Birminhemin yepiskopu Missaelinin rəhbərlik etdiyi Midlendz yeparxiyası. Həmçinin Qlastonberinin paytaxtı Serafiminin başçılıq etdiyi (Kopt ortodoksal patriarxlığının hissəsi) Britaniya ortodoksal kilsəsi (Britaniya Adalarını əhatə edən) var. Bundan əlavə, Stevenicdə bir ümumi yepiskop var - yepiskop Anqaelos. Birləşmiş Krallıqda Birbaşa olaraq müqəddəs papa ikinci Tavadrosun öhdəçiliyində olan çoxlu Kopt ortodoksal kilsələr var. Birləşmiş Krallıqda (əsasən Londonda) başqa ortodoksal kilsələrə gürcü ortodoksal kilsəsi, rumın ortodoksal kilsəsi, bolqar ortodoksal kilsəsi, erməni apostol kilsəsi, Eritreya ortodoks tevahedo kilsəsi və Efiopiya Ortodoks tevahedo kilsəsi daxildir.
1812-ci ildə çıxarılan Üç ipostas aktına qədər Britaniyada müsəlman olmaq qeyri-qanuni idi. 2009-cu ildə aparalınan hesablamalara görə, bütün Birləşmiş Krallıq üzrə ümumilikdə təxminən 2,4 milyon müsəlman yaşayır. Din və həyat üzrə “Pyu” forumuna görə, Britaniyada yaşayan müsəlmanların sayı 2,9 milyona qədər ola bilər. Birləşmiş Krallıqda müsəlmanların böyük əksəriyyəti İngiltərədə və Uelsdə yaşayır. 2001-ci ildə aparılan siyahıya almada qeydə alınan 1591126 müsəlmandan, 1546626-sı əhalisinin 3 faizini təşkil etdikləri İngiltərədə və Uelsdə; 4557 müsəlman əhalinin 0,8 faizini təşkil etməklə Şotlandiyada, 1943 müsəlman əhalinin 0,8 faizini təşkil etməklə Şimali İrlandiyada yaşayırdı. 2001 və 2009-ci illər arasında müsəlman əhali cəmiyyətin qalan hissəsindən təxminən 10 dəfə daha sürətlə artmışdı. Birləşmiş Krallıqda yaşayan müsəlman immiqrantların əksəriyyəti keçmiş koloniyalardan gələnlərdir. Ən böyük müsəlman qrupları Pakistan, Banqladeş və Hindistan mənşəlidirlər. 18-ci əsr ərzində "Britiş ist india" şirkəti üçün işləmiş laskarlar (dənizçilər) yerli həyat yoldaşları ilə liman şəhərlərində məskunlaşmışdırlar. Belə müsəlmanların sayı 1891-ci ildə sadəcə 24037 nəfər idisə, birinci Dünya Müharibəsi ərəfəsində 51616 nəfərə çatırdı. 1950-ci illərdən bəri, müsəlman əhalinin artımı, Mançester mərkəzi məscidi, Şərqi London məscidi, London Markaz, London mərkəzi məscidi və Əhmədiyyə müsəlman cəmiyyətinin Baitul Futuh məscidi daxil olmaqla bir neçə tanınmış məscidin inşasına əsas vermişdir. Uels Universitetinin tədqiqatçısı Kevin Braysa görə, hər il minlərlə insan islam dinini qəbul edir və Britaniyada təxminən 100000 islamı sonradan qəbul etmiş şəxs var. İşçi qüvvəsi sorğusunun hesablamalarına görə, 2008-ci ildə Böyük Britaniyada yaşayan müsəlmanların ümumi sayı, bütün əhalinin təxminən 4 faizini təşkil etməklə 2422000 nəfər idi.
1753-cü ildə əcnəbi yəhudiləri vətəndaşlığa qəbul etməyə icazə verən "Yəhudi vətəndaşlığa qəbul etmə aktı" qəbul edildi, lakin növbəti il ləğv edildi. Qlazqo Universitetinin yəhudi olduğu bilinən ilk məzunu 1787-ci ildə bu universiteti bitirmişdi. İngilis çağdaşlarından fərqli olaraq, şotland tələbələrindən dini and içmək tələb olunmurdu. London şəhərinin birinci yəhudi lord-meri cənab Devid Salomons 1855-ci ildə mer seçildi. 26 iyul 1858-ci ildə, xristianlara vəzifəyə başlayanda andiçməni məhdudlaşdıran qanun dəyişiləndən sonra, nəhayət ki, Layonel de Rotşild Birləşmiş Krallığın icmalar palatasında əyləşmək imkanı qazandı. 1884-cü ildə 1-ci Baron Rotşild olan Natan Mayer Rotşild, Britaniya lordlar palatasının birinci yəhudi üzvü oldu. Bütün dünyada beşinci ən böyük yəhudi cəmiyyətinə malik olan britaniyalı yəhudilərin sayı Birləşmiş Krallıqda təxminən 300000 nəfər təşkil edir. Lakin, bu rəqəmlərə İngiltərədə və Uelsdə “yalnız etnik mənsubiyyətinə” görə yəhudi sayılanlar və ya Şotlandiyada yəhudi kimi tərbiyə edilən ancaq heç bir dinə inanmayan şotland yəhudiləri daxil deyil. Böyük Britaniya əhalisinin 0,5 faizini təşkil etməklərinə baxmayaraq, Britaniyada yəhudilər bank işi, media, hüquq və siyasət kimi sektorlarda əksər aparıcı vəzifələri tuturlar.