Böyük Qaraqoyunlu

Böyük Qaraqoyunlu
40°09′ şm. e. 45°52′ ş. u.HGYO
Ölkə
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.100 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 246 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Böyük Qaraqoyunlu xəritədə
Böyük Qaraqoyunlu
Böyük Qaraqoyunlu
Böyük Qaraqoyunlu xəritədə
Böyük Qaraqoyunlu
Böyük Qaraqoyunlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd.

Böyük Qaraqoyunlu kəndi İrəvan quberniyasının Novobayazid qəzasında kənd idi. Kənd rayon mərkəzi Basarkeçərdən 14 km məsafədə yerləşir. XIX əsrin ortalarında kəndin maldarlarının Çalmalı dağında "Qatar" adlı yerdə yaylaq yurdu olub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yanvar 1935-ci ildə Əzizli, 19 aprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Əzizli sözünün mənası kənd əhalisinin bir-birilərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlində (1730) olmuşdur. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə, mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür. Üzü cənuba durub baxanda sağ tərəfdən 2.5 km Ağkilsə, sol tərəfdən 2.5 km Sarıyaqub, günbatan tərəfdən 4 km, Hüseynquluağalı (Nərimanlı) kəndləri ilə, gündoğan tərəfdən isə 15 km məsafədə Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərdəddir. Vaxtı ilə Sarıyaqub və Böyük Qaraqoyunlu kəndləri ilə həmsərhəd olan 1949-cu ildə tamamilə ləğv edilən, əhalisinin bir qismi Zod, Ağkilsə və Böyük Qaraqoyunlu kəndlərində məskunlaşan, bütün torpaq sahələri Böyük Qaraqoyunlu kəndinə verilən Kiçik Qaraqoyunlu kəndidə indiki Qaraqoyunlu kəndinin qonşusu olmuşdur. Kəndin əhalisinin 60%-ni Qazax mahalından,40%-ni isə Cənubi Azərbaycandan, İrəvandanQarabağdan gələnlər təşkil edirdi.

Kənddə: uşaq bağçası, klub, kitabxana, orta məktəb, tibb məntəqəsi, ticarət obyektləri və rabitə xidməti mövcud idi. 1930–1932-ci illərdə kənddə dövlət tərəfindən məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilədi. 1937-ci ilə qədər ibtidai(I–IV), 1960-cı ilə qədər natamam orta(VIII), 1988-ci ilin dekabrına qədər isə orta (X) məktəb olmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Kənd Kiçik Qafqazda Göyçə silsiləsinin qərbində Qumlu (Çalmalı) dağının ətəyində yerləşir. İqlimi, qışı soyuq, yayı mülayim.

1905–1907-ci illərdəki 1-ci qaçqınlıq zamanı kənd əhalisi ermənilərə kəskin müqavimət göstərərək geri çəkilməmişdir. Beləliklə, 1905–1907-ci illərdə ermənilərin kənd əhalisini köçürmək cəhdləri heçbir fayda verməmişdir. Kəndin təxminən 100 evi, 500–600 nəfərə yaxın əhalisi olmuşdur.

1918–1920-ci illərdəki 2-ci qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq Daşkəsən, Tovuz, Gədəbəy, Kəlbəcər, Şəmkir, Gəncə və başqa yerlərdə məskunlaşmışdır. Əhali 1921-ci ilin yazında yenidən kəndin igid oğlu Attımustafalılar tayfasından olan Kərbəlayı Çobanın yaratdığı mahalın igid oğlanlarından ibarət olan 15 nəfərlik dəstənin köməyi ilə geri qayıtmışdır. Bu dövrdə isə kəndin təxminən 120 evi 700–800 nəfərə yaxın əhalisi olmuşdur.

Kərbəlayı Çoban və onun yaratdığı dəstə nəinki Qaraqoyunlu kəndini, eləcə də mahalda çıxarılan əksər kəndlərin əhalisini də doğma yurdlarına qaytardı. Onun igidliyindən, eləcə də Sovet hakimiyyətinin gəlişindən qorxan erməni daşnaqları məcbur qalaraq barışıq elan etdilər. Beləliklə Göyçə mahalı yenidən bərpa olundu. 1948–1953-cü illərdəki 3-cü qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılmışdır. Kənd əhalisi Tərtər, Kəlbəcər, və başqa yerlərdə məskunlaşmışdır. Əhali tab gətirə bilmədikləri üçün 1953-cü ilə qədər doğma kəndinə qayıtmış, bir hissəsi isə həmin yerlərdə qalmışdır. Kəndin 120–130 evi, 600–650 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki 4-cü qaçqınlıq zamanı, kənddə 370 ev, 2000 nəfər əhali olmuşdur.

Tanınmışları

[redaktə | vikimətni redaktə et]
Əmirxam Bayramov

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Əkinçilik (taxılçılıq, tütünçülük) və heyvandalıq.

  • İntiqam Məhərrəmov "Vətən həsrəti ilə döyünən ürək" Xatirə-oçerk. *E. L* Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, Bakı 2011
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).