Böyük dişqurtlayan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Böyük dişqurtlayan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü.
Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir.
Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır. Qurudulma digər bitkilər kimi aparılır.
Spesifik iyli, acı dadlı və azacıq yandırıcıdir. Havası dəyişilən quru anbarlarda saxlanılmalıdır. Saxlama müddəti 5 ildir.
Meyvələrinin tərkibində furokumarinlər (2,2%), psoralen və angeliçin törəmələri: ksantotoksin, imperatorin, izipimpinellin, berqapten və marmezin vardır.
Fotosensiblizasiyaedici dərmandır. Əsas təsiredici maddəsi furokumarinlər olub, ultrabənövşəyi şüanın təsirindən dəridəki melanin piqmentini stimullaşdırır. Ammifurinin və ultrabənövşəyi şüanın kombinasiyası ilə dəridəki piqmentasiya bərpa olur. Furokumarinlər kapilliyarları möhkəmləndirir, sedativ, ödqovucu, sidikqovucu təsir edir, uşaqlıq və bağırsağı tonuslandırır.
Bitkidən alınan ammifurin preparatı fotosensiblizasiyaedici maddə kimi vitiliqo və allopesiyalarda müvəffəqiyyətlə təyin edilir. Həbi 0,02 q, spirtlə birlikdə 2% olmaqla təyin edilir. Bu bitkinin müalicəvi təsiri XIII əsrdən məlum idi. Ərəb təbibləri leykodermanı və şüalanmanı bu bitki ilə müalicə edirdilər. Xammalından «Ammifurin» və "Anmarin" alınır. "Ammifurin"lə psorioz, neyrodermit, qırmızı dəmrovun, "Anmarin"lə isə göbələkəleyhinə vasitə kimi dermatomikozların müalicəsində istifadə edilir.
Tərkibində forokumarinlər (izopimpinellina, berqapten, ksantotoksin) ən azı 0,6%, rütubət 10%, kül 8%, üzvü birləşmələr 5% mineral birləşmələr 1%-dir.