Böyük evin kiçik sahibəsi

Böyük evin kiçik sahibəsi
ing. The Little Lady of the Big House
Gənc Dik Forrest alim və professorların əhatəsində.
Gənc Dik Forrest alim və professorların əhatəsində.
Janr Roman
Müəllif Cek London
Orijinal dili ingiliscə
Nəşr ili 1915
Nəşriyyat Macmillan Publishers
Elektron versiya

Böyük evin kiçik sahibəsi (ing. The Little Lady of the Big House) — Cek Londonun 1915-ci ildə yazdığı roman. Roman öz dövründə çoxlu tənqidə məruz qalır. ing. Clarice Stasz yazırdı ki, həqiqətə uyğun gəlməyən, 1915-ci il mənəviyyatı üçün çox erotik və açıq-saçıq görünən bu əsər viktorian təvazükarlığı və sentimentallığı qarşısında çox acizdir[1]. Bu əsər romantik ədəbiyyatın tipik "məhəbbət üçbucağı" mövzusunda yazılmışdır. Bölüşülməmiş eşq, qısqanclıq, "poliamoriya" — eşqə, məhəbbətə olan etik nəzərlər romanın əsas qayəsini təşkil edir. Əsərdə Cek Londonun böyük nasirliyi, gözəl təsvir etmə ustalığına malik olması, yaşadığı dövrdə dünyada baş verən mühüm hadisələr, elmi-tərəqqi və təsərrüfat işləri haqqında dərin biliklərə yiyələnməsi bir daha təsdiqlənməkdədir. Beləki romanda bütün hadisələr, personajların xarakter və görkəmləri, təbi mənzərələr, təsərrüfat işləri böyük bir ustalıqla incəliklərinə qədər təsvir edilir.

Tənqidçilər isə romanı "başdan ayağa qədər seks" ədəbsizlik kimi qiymətləndirərək onu "erotomaniya" adlandırırdılar. Əslində bu roman bir eşq macərası deyil, əsil sevgi, vəzifə borcu, həyat dəyərləri, əsil kişi və əsil qadın haqqında hekayədir. Belə demək mümkünsə, bu roman Cek Londonun qadına həsr edilmiş yeganə əsərdir. Romanda gözəl dialoqlara, hadisələrin ardıcıl və geniş təsvirinə geniş yer verilmişdir. Qəhrəmanları isə ideal lirik personajlardır.

"Sevimli qadını iradəsindən ziyadə bir dəqiqə belə öz yanında saxlamaq haqsız və ədalətsizlikdir"

Əsas personajlar

[redaktə | mənbəni redaktə et]

Dik Forrest: yaxşı təşkilatçılıq, idarəetmə və zəhmətkeş keyfiyyətlərə malik alicənab şəxsdir. Müasir "workaholic"-insan prototipi olan bu şəxsin gündəlik həyatı dəqiq nizam-intizama və ardıcıllığa əsaslanır.

Qrehem Evan: Müxtəlif qitələrdə ölümlə çarpışaraq böyük təcrübə toplamış, səyahətlərində dözümlülük keyfiyyətləri mənimsəmiş, bir macəraçıdır. Hərbi dənizçi Qrehem "əsil eşq" üçün bütün varından keçməyə hazır olan şəxsdir. O, Dik ilə səyahətlərinin birində tanış olmuşdur.

Paula Forrest: müstəqil, cəsarətli və hər bir kişini məftun edəcək dərəcədə gözəl vücuda malik bir qadın obrazı. Paula Desten (qızlıq soy adı) vaxtı ilə gümüş mədənlərinə malik olmuş, sonradan isə qəflətən müflisləşmiş adlı sanlı və əsilzadə Filip Destenin qızıdır.

“Böyük evin kiçik sahibəsi” romanına çəkilmiş illustrasiyalar.
Böyük evin kiçik sahibəsi2.jpg
Paula və Qrehemin eşq səhnəsi
Böyük evin kiçik sahibəsi3.jpg
Paula və Qrehemin eşq səhnəsinə şahid olan Dik

Romanın əsas qəhrəmanları melodramatik personajlar Dik Forrest və "Böyük evin sahibəsi" Pauladır. Əsərdə ilk olaraq Dik Forrest qarışıqlı adi işgünü ilə təsvir edilir. Digər personajların kölgəsində isə əsərin digər qəhrəmanı təqdim olunur.

Dikin həyat tarixçəsi düz xətt boyunca davamlı və uğurludur. Onun həyatı çətinlik və əlçatmazlıq tanımır. Adlı-sanlı və zəngin ailəyə mənsub Dik Forrestə böyük bir səltənət miras qalmışdır. O, bu səltənəti özünə məxsus şəkildə sərf edərək bir neçə misl artırmağa nəsib olmuşdur. O ilk yatırımını məhz özünə sərf edərək, uzun səyahətlərə çıxdıqdan sonra elmin mühüm sahələrinə yiyələnir. Bu məqsədlə möhtəşəm alim və professorların onunla məşqul olmaları üçün pul əsigəməyən Dik kənd təssərrüfat institunu bitirdikdən sonra müasir dövrünün bütün texniki naliyyətlərindən, malik olduğu kapitaldan yararlanaraq, möhtəşəm bir fermer təsərrüfatı yaradaraq Kaliforniyanın ən zəngin və ən işgüzar bir adamına çevrilir. Onun təsərrüffatında yetişdirilmiş cins məhsuldar mal-qara, at sortlarını vaqonlarla almağa dünyanın dödr bir yanından müştərilər axışırlar. Onun həyat yoldaşı "Böyük evin sahibəsi" Paula isə özünü, xüsusən təsərrüffat işləri ilə məşqul olan sevimli əri tərəfindən diqqətdən, qayğıdan kənar qalmış his edir. Belə ki, "böyük evdə" həyat öz köhnə işgüzar axarı ilə davam etməkdədir.

"Böyük evin" gəlib-gedən qonaqları çoxdur. Kişi qonaqlar Paulaya vurulsalar da nəticədə ürəkaçan sonluğa yetişə bilmirlər. Qonaqlardan bir cənubi amerikalı hərbi dənizçi və macəraçı Qrehem Evandır. Dik Qrehem ilə ilk dəfə səyahətlərin birində Sarı dəniz sularında, "Tayms" dispetçer gəmisində tanış olmuşdur. Sonradan onların yolları bir neçə dəfə kəsişsə də Dik Qrehemlə sonuncu dəfə "Venera" kafesində raslaşmış olurlar. "Böyük evdə" Dikin müsafiri olan ilk gündən Qrehem Paulaya məftundur və onu özünə cəlb etməyə çalışır. Əvvəl-əvvəl Qrehemin onunla oynamaq istədiyi eşq macərasına Paula ehtinasız yanaşır. Get-gedə Paulada Qrehemə qarşı hislər oyanmağa başlayır. Sanki Paula darıxdırıcı nikahından doymuş və Qrehemin yolunu ömürü boyu gözləmişdir. Paula həm Diki həm də Qrehemi hər birini özünəməxsus şəkildə sevir. Tədricən bunu Dik duymağa başlayır. Lakin onu qürurlandıran və təskinləşdirən eyni zamanda həyat yoldaşı ilə birləşdirən bir şey: Dik və Paulanın öz talelərinə sadiq olmalarıdır.

Paula və Qrehem arasındakı eşq macərası bir ehtirasa çevrilir. Onlar ancaq öpüşməklə kifayətlənsələr də ehtiras dərinləşməkdədir. Ehtiras Paulanı hər iki dahi insanın sevimlisinə çevirmiş olur. Paula və Qrehemin eşq səhnəsinə şahid olan Dik bunu mənəviyyatına sıxışdırmayaraq özünə qəsd eməyi planlaşdırır. Lakin iki kişi arasında çarəsiz qalmış Paula ondan daha cəld tərpənərək odlu silahla özünə qəsd edir. Bu bir təsadüfi qəza yoxsa intihardır heç kim dəqiq bilmir. Hər iki kişi onun ölüm ayağında başının üstündə olurlar. "Əlvida mənim əzizlərim. Əlvida qırmızı duman… Siz bilirsiniz ki mən incidilməyi sevmirəm. Məni bərk tut Dik!" Doktor Robinsonun Dikin razılığın ilə vurduğu böyük dozada morfin iynəsindən sonra Paula "yatmaq, yatmaq istəyirəm" deyərək yanı üstünə çevrilib uyuyur. Dik bilirdiki o, bu cür yanı üstə yatmağı çox xoşlayırdı. Çox vaxt keçməmişdir ki, Dik və Qrehemin xəbərləri belə olmadan o, sonuncu dəfə nəfəsini dərərək əbədi yuxuya qərq olur. Bu sükutu fəvvarədə çimən kiçik sarı bülbülün çırpintisi pozmuş olur.

  1. Clarice Stasz, 1988, American Dreamers: Charmian and Jack London. 1999 reprint: toExcel Press, ISBN 0-595-00002-9

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]