Böyük Çin səddi

Böyük Çin səddi
万里长城
Bütün sədd tikililərinin qeyd edildiyi xəritə
Xəritə
40°25′ şm. e. 116°05′ ş. u.HGYO
Ölkə  ÇXR
Yerləşir Hebei, Pekin[1], Tyantszin[2], Şansi, Daxili Monqolustan Muxtar Rayonu, Ninsya-Huey Muxtar Rayonu, Qansu, Sincan-Uyğur Muxtar Rayonu, Şantun, Hubey əyaləti, Xunan, Sıçuan
Tikilmə tarixi e.ə. III əsr - 214-cü il
Hündürlüyü 5 m, 8 m, 7 m
Uzunluğu
  • 21.195 km
Eni təq. 4,5 m
Material Əhəng daşı
Vəziyyəti stabil
Rəsmi sayt thegreatwall.com.cn/en
TipiMədəni
Kriteriyai,ii,iii,iv,vi
Təyin edilib1987
İstinad nöm.438
DövlətÇin
RegionAsiya və Sakit okean
Böyük Çin səddi (Çin)
Böyük Çin səddi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Çin səddi — qədim Çində ölkənin şimalından gələn köçəri tayfaların hücumlarına qarşı müdafiə məqsədilə tikilmiş istehkamlar xətti.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər.

Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır.

Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.

Səddin tikintisi ayrı-ayrı hissələrə bölünmüşdü və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikirdi. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi. Mülki adamların içərisində şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları vardı.

İmperator istəyirdi ki, onun tikdirdiyi nəhəng daş divarı heç bir qüvvə yıxa və ondan aşa bilməsin. Səddin birinci hissəsinin uzunluğu 2450 kilometr olmalı idi. Uca dağlardan, dərin dərələrdən, susuz səhralardan keçən bu tikinti çox çətin şəraitdə aparılırdı. Tikintiyə inşaat materialları əllə daşınırdı. Və buna da yüz minlərlə insan əməyi sərf edilirdi.

Men-Tyan əvvəlcə səddin hər 100 metrliyində ucaldılan gözətçi qüllələrinin tikintisindən başladı. Bu sayaq qüllələrin sayı isə 25 mindən çox idi. Hər birinin hündürlüyü 12 metrə çatan qüllələr tamamlandıqdan sonra, qüllələrin arasında hündürlüyü 7,5 metrə, bəzi yerlərdə isə 10 metrə çatan və qalınlığı 5,5–6,5 metr olan daş divarlar tikilirdi.

Səddin bayır tərəfi yad torpaqlar adlanırdı. Buna baxmayaraq, ölkənin mühafizəsini yaxşı təşkil etmək naminə həmin yad torpaqlarda da 15 mindən çox gözətçi qüllələri tikilmişdi. Qüllədəki gözətçilər gündüzlər tüstü ilə, gecələr isə tonqal qalamaqla düşmənin gəldiyini xəbər verirdilər.

Deyildiyi kimi, 2450 kilometrlik səddin tikintisi cəmi on ilə — e.ə. 230-cu ildə başa çatdırıldı. Bu şərəfə imperator Çin-Şi-Xuandi Men-Tyanı böyük mükafatlarla təltif elədi. Amma imperator bilmədi ki, bu nəhəng səddi tikib qurtarana qədər qarda, şaxtada, səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq misalı yaranıb. "Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır". Bu deyimdə böyük həqiqət vardı. Çünki ölən adamlar Men-Tyanın əmri ilə qala divarlarına hörülürdü.

Sədd tikiləndən sonra onun mühafizəsi çox ciddi qorunurdu. Belə ki, bir neçə qülləni qoruyacaq 145 nəfərlik hərbi qarnizon, həm səddi, həm də səddin iç divarları boyu tikilmiş ambarları mühafizə edirdi. Səddin üstü çox geniş və enli idi. Divarların üstü ilə dörd piyada əsgər və ya üç atlı yan-yana gedə bilirdi. Divarların üstünə qalxmaq üçün iç tərəfdən çoxlu pilləkanlar qurulmuş və yağış-qar suyunu kənara atmaq məqsədilə daş novlar qoyulmuşdu.

Sonrakı bir neçə əsrdə Böyük Çin səddi daha 2000 kilometr uzadılaraq dünyanın ən böyük, ən uzun səddinə çevrilmişdir. Lakin o, yeni eranın VI əsrindən başlayaraq türk imperiyalarının güclü ordularının önünü saxlaya bilmir və öz keçilməz-aşılmaz müdafiə funksiyasını itirir. Orta əsrlər tarixindən məlumdur ki, qədim türk hökmdarları Bilgə Xaqan, Mete, həmçinin Monqol imperatoru Çingiz Xan Böyük Çin səddini aşaraq ölkənin içərilərinə yerimişdilər.

Min sülalə imperatorluğu dövründə (XV–XVI əsrlər) Böyük Çin səddi yenidən bərpa edilərək bir daha Çin xalqını vahid məqsəd — Çin dövlətini yadellilərdən qorumaq uğrunda birləşdirdi. Elə o dövrdən də Böyük Çin səddi öz müasir görkəmini qoruyub saxlamışdır.

Hazırda bu nadir və qeyri-adi tikinti qədim dünya insanlarının əlilə tikilmiş ən böyük möcüzələrindən biri olmaqla, Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrinin də ən qiymətli incisi hesab edilir.

Hər il Çinin şərqindən qərbinədək 4450 kilometrlik bir məsafədə uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən milyonlarla turist gəlir. O nazik bir xətt kimi Çin boyu uzandıqca uzanır.

Böyük Çin səddi — ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi üç min ildir ki, Çinin simvoluna çevrilərək yaşayır və bundan sonra da min illərlə yaşayaraq gələcək nəsilləri əzəməti və qeyri adiliyi ilə heyrətdə qoyacaqdır.

Böyük Çin səddinin davamı

[redaktə | mənbəni redaktə et]

Alimlər Böyük Çin səddinin cənub şərq hissədə, Koreya Xalq Respublikası ilə qonşuluqda olan Qirin vilayətindəki hissəsini aşkar ediblər.[3]

Sonuncu tapılmış hissə divarların özündən 11 km uzaqlıqda yerləşir. Tikintinin Sin (bizim eradan əvvəl 221–206-cı illərdə) və Xan (bizim eradan əvvəl 206-cı il, bizim eranın 220-ci ili) dövrlərində həyata keçirildiyi məlumdur. Lakin Çinin sonuncu imperatoru bu divarlara ehtiyac olmadığını bildirmişdir. Artıq sonrakı dövrdə sədd öz aktuallığını itirdi və Çin səddinin sökülməsinə başlanıldı.

Çin səddinin uzunluğu 8850 km– qəbul edilmişdir. Səddə aid olan şəxsi uzunluq 6260 km olsa da, qırılmış hissələr də vardır ki, 360 km sayılır. Bütün manelərin uzunluğu isə son dövrlərdə 2232,5 km də uzadılmışdır. Həmçinin müxtəlif burunlara və çay qollarına da rast gəlmək mümkündür.

Sonuncu hesablamalara görə Çin səddinin uzunluğunun 21 min 196 kilometr olduğu müəyyənləşmişdir. Ölçməni 2007-ci ildən başlayaraq Mədəni İrs üzrə Dövlət Administrasiyası aparmış və 2012-ci ildə yekunlaşdırmışdır.[4]

1987-ci ildən etibarən sədd YUNESKO tərəfindən mühafizə altındadır.

  1. https://www.discoverchina.com/beijing.
  2. https://www.discoverchina.com/tianjin.
  3. "Böyük Çin səddinin davamı aşkar edildi". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-30.
  4. "Arxivlənmiş surət". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]