Kənd | |
Böyük Şiştəpə | |
---|---|
41°02′57″ şm. e. 43°49′24″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Ağbaba mahalı |
Rayon | Qızıl Qoç rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1823 |
Mərkəzin hündürlüyü | 1.990 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Şiştəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.[2]
Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftərin»də[3] qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi» mənasında işlənən şiş sözü ilə[4] «kiçik dağ» mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir.
«Böyük» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı yaranan orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS.RH-nin 12.XI.1946-cı il fərmanı ilə dəyişdirilib Medz Sepasar (Böyük Şiştəpə) qoyulmuşdur.