Bəhramşah Qəznəvi | |
---|---|
یمین الدولہ | |
Qəznəvilərin XIV sultanı | |
Əvvəlki | Arslanşah Qəznəvi |
Sonrakı | Xosrovşah Qəznəvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qəznə |
Vəfat tarixi | |
Vəfat yeri | Qəznə |
Dəfn yeri | Qəznə |
Atası | Sultan Məsud Qəznəvi |
Uşağı | Xosrovşah Qəznəvi |
Ailəsi | Qəznəvilər sülaləsi |
Dini | Sünnilik |
Vikianbarda əlaqəli mediafayllar |
Bəhramşah Qəznəvi - Qəznəvilərin on dördüncü sultanı. Xarici siyasətdə müstəqil olmamış, Sultan Səncərin vassalı olaraq hakimiyyət sürmüşdür.
Arslanşaha qarşı mübarizəsində Səffari əmiri Tacəddin Əbül Fəzl və Sultan Səncərdən yardım alan Bəhramşah 1118-ci ildə sultan olmuşdu.
1119-cu ildə Arslanşaha sadiq qalan Lahor hakimi Əbu Hatim Məhəmmədin üsyanı üzərinə Hindistana gedən Bəhramşah onu və 17 oğlunu öldürərək dövləti stabilləşdirdi. 1149-cu ildə Qəznəyə sığınmış olan Qütbəddin Məhəmməd Qurinin zəhərlənməsi Qurilərin başçısı Əlaəddin Qurini əsəbləşdirdi, o Qəznəyə hücum etdi, şəhəri yeddi gün, yeddi gecə yandırdı. Səbuk Təkin, Sultan Məsud Qəznəvi və İbrahim Qəznəvi istisna olmaqla bütün Qəznəvilərin qəbirləri və kitabxanalar yandırıldı. Bəhramşah Hindistana qaçdı. 24 iyun 1152-ci ildə Sultan Səncər Quriləri məğlub edərək Qəznəni yenidən Bəhramşaha verdi. Bəhramşah hələ 5 il sultanlıq etsə də Qəznənin xarabaya çevrilməsi dövlətin süqutunu sürətləndirdi.
SƏLƏF Arslanşah Qəznəvi |
Bəhramşah Qəznəvi 1118–1157 |
XƏLƏF Xosrovşah Qəznəvi |