Bənövşəyi | |
---|---|
HEX | 8000FF |
RGB¹ (r, g, b) | (128, 0, 255) |
CMYK (c, m, y, k) | (50, 100, 0, 0) |
HSV² (h, s, v) | (270°, 100%, 100%) |
|
Bənövşəyi – rəng çaları.
Bənövşəyi rəngin dünyaya hakim kəsilməsi Oxford küçələrini işıqlandıran gaz lampalarının City of London School da oxuyan bir şagirdin diqqətini çəkməsi ilə başlamışdı. Kimya dərslərinə böyük həvəs göstərən 13 yaşlı William Perk bu lampalara sərf edilən qazın kömürdən əldə edildiyini bilirdi. Buna görə kömürün daha hansı bilinməyən sirlərinin olması onu çox maraqlandırırdı. 1851-ci ildə apardığı təcrübələr nəticəsində o, daş kömür qətranından «anilin» maddəsini əldə etmiş, onu oksidləşdirmiş, nəticədə bənövşə rəngində bir boya maddəsi ortaya çıxarmışdı. Perk bənövşəyi və onun çalarları olan rəngləri bir qrupda birləşdirərək, qrupu «movein» adlandırmışdır.
Wassily Kandinsky'ye görə, bu rəng xəstəlik və üzüntünün göstəricisidir. Rənglər haqqında yazıları olan Johann Wolfgang von Goethe, bu rəngi yaşlılıqla əlaqələndirmişdi. 1989-cu ildə, 14-83 yaşlı insanlar arasında aparılan sorğu nəticəsində bənövşəyi rəng sevilməyən rənglər sırasında 3-cü yeri tutmuşdu.
Çılğın kişi rəngi qırmızı ilə sakit qadın rəngi mavinin birləşməsi olan bu rəng orta dövrlərdə «zidliklərin birləşmə nöqtəsi» adlandırılırdı.
Ametist, eritrit, kvars, kalkedon, fluorit, tansanit kimi qiymətli və yarı qiymətli daşlar bənövşəyi rəngi özündə əks etdirir.
Özünə güvəni təmsil edir. Amma unutqanlıq və səbirsizlik yarada bilir.[1]
Veb rəngləri | Qara | Gümüşü | Boz | Ağ | Qırmızı | Çəhrayı | Tünd qırmızı | Bənövşəyi | Açıq bənövşəyi | Yaşıl | Açıq yaşıl | Zeytun | Sarı | Narıncı | Göy | Tünd göy | Firuzə | Mavi |
Yazılış | black | silver | gray | white | red | pink | maroon | purple | fuchsia | green | lime | olive | yellow | orange | blue | navy | teal | aqua |