Bərqə

Bərqə
32°29′53″ şm. e. 20°53′34″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub e.ə. 540[1]
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bərqə xəritədə
Bərqə
Bərqə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bərqə (ərəb. برقةBarqa; q.yun. Βάρκη Bárkē) — Liviyada yerləşən qədim şəhər. Qədim Yunan və daha sonra Əhəmənilər, RomaBizans imperiyalarından asılı olmuşdu. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır. Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir. Üqbə ibn Nafe Şama gəldikdə Müaviyə söz verdi ki, yenidən onu Şimali Afrikaya vali təyin edəcək. Lakin o, Müaviyənin ölümünə qədər Şamda qalmışdır. Yezid ibn Müaviyənin dövründə Üqbə ibn Nafe yenidən Şimali Afrikaya vali təyin edilmişdir. Üqbə ibn Nafe və Əbülmühacir Biskrə döyüşündə həlak olmuşdur. Onların ölümündən sonra Züheyr ibn Qeys bərbərilərin qarşısında dayana bilməyib Qeyrəvanı tərk edərək Bərqəyə gəlmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]