Bəşir Atalay

Bəşir Atalay
türk. Beşir Atalay
Türkiyə baş nazirinin müavini
14 iyul 2011 – 29 avqust 2014
Baş nazirRəcəb Tayyib Ərdoğan
ƏvvəlkiCəmil Çiçək
Əli Babacan
Bülənt Arınc
SonrakıƏli Babacan
Bülent Arınç
Yalçın Akdoğan
Numan Qurtulmuş
Türkiyənin Daxili İşlər naziri
28 avqust 2007 – 14 iyul 2011
Baş nazirRəcəb Tayyib Ərdoğan
ƏvvəlkiAbdülkadir Aksu
Sonrakıİdris Naim Şahin
Türkiyənin Dövlət naziri
19 noyabr 2002 – 28 avqust 2007
Baş nazirRəcəb Tayyib Ərdoğan
Türkiyə Böyük Millət Məclisinin üzvü
1 noyabr 2015 – 24 iyun 2018
14 noyabr 2002 – 7 iyun 2015
Seçki dairəsi2002 – Ankara
2007 – Ankara
2011 – Kırıkkale
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1947(1947-04-01) (77 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub.

Yaşamı və akademik karyerası

[redaktə | mənbəni redaktə et]

Bəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə UniversitetindəYUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub.[1]

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

2002-ci ilin ümumi seçkilərində o, AKP-dən[2] Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Bəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə[3] bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.

Sələfləri 
Abdülkadir Aksu
Türkiyənin Daxili İşlər naziri
2007–2011
Xələfləri 
İdris Naim Şahin
Sələfləri 
Cemil Çiçek
Türkiyə Baş nazirinin birinci müavini
2011–dən indiyədək
Xələfləri 
Hazırkı
  1. "Who's who in Politics in Turkey" (PDF). Heinrich Böll Stiftung. 60–61. 31 January 2021 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 31 January 2021.
  2. "Ankara Seçim Sonuçları". secim.haberler.com. 4 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2021.
  3. Eurasia Review: "The Naqshbandi-Khalidi Order And Political Islam In Turkey – Analysis" Arxivləşdirilib 2018-11-25 at the Wayback Machine Hudson Institute. 5 September 2015