kənd | |
Cəbəçili | |
---|---|
![]() | |
40°02′43″ şm. e. 44°28′25″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
![]() |
Cəbəçili — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[2]
Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Mənbələrdə kəndin adı Cəbəçəlli şəklində də göstərilir[5].
Toponim qapıqulu türk tayfasına mənsub olan cəbəçi nəsil adına[6] mənsubluq bildirən - li şəkilçisinin qoşulmasından əmələ gəlmişdir.
Patronim toponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 27. II. 1960-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Crahovid qoyulmuşdur.
Kənddə 1831-ci ildə 275 nəfər, 1873-cü ildə 252 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 264 nəfər, 1904-cü ildə 355 nəfər, 1914-cü ildə 575 nəfər, 1918-ci ildə 355 nəfər, 1919 - cu ildə 240 nəfər yalnız azərbaycanlı yaşamışdır[7][8].
1918-1919-cu illərdə kənd ermənilərin təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar 1919-cu ildə tamamilə deportasiya olımaraq Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 115 nəfər, 1931-ci ildə 131 nəfər azərbaycanlı yaşamışdır[7].
SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş və xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.